Qoşulmama Hərəkatının sədri olaraq Məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir
Badamxanım Kərimli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 276 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Bir dövləti idarə etmək çox çətin və məsuliyyətli vəzifədir. Möhtərəm Prezident cənab İlham Əliyev öz dövlətinin və öz xalqının uca və müstəqil bir xalq olması üçün səbrlə, yorulmadan çalışıb, çalışır. Bugün bu zirvəyə Sizin zəhmətiniz müqabilində çatmışıq, cənab Prezident!
Zirvə görüşündə 70-ə yaxın dövlət xadimlərinin, vitse-prezidentlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, nazirlərin və iştirak etməsi Azərbaycanın nüfuzunun təzahürüdür. Azərbaycan hər zaman əhəmiyyətli toplantılara yüksək səviyyədə ev sahibliyi edib. Bu əhəmiyyətli toplantının ölkəmizdə keçirilməsi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir. Baxmayaraq ki, Azərbaycan sədrliyi çətin dövr olan Koronavirus pandemiyasına təsadüf etmişdir. Lakin Azərbaycan güclü və müdrik Prezidenti sayəsində öz sədrliyini səmərəli şəkildə yeni reallığa uyğunlaşdırdı. Möhtərəm sözünün mənası çox dərindir. Prezidentimizin insan sevərliyi, dostluğa, qardaşlığa verdiyi önəm, mehribanlığı, ədalətliliyi və s.bu kimi ülvi xüsusiyyətlərin özü müdriklik, möhtərəmlik deyilmi?!
Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatının Covid-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən zirvə görüşündə yaxın günlərdə qardaş ölkə olan Türkiyədə baş vermiş fəlakətli zəlzələ nəticəsində rəhmətə gedən türk qardaş xalqının ruhunu anaraq, qardaşlığa önəm verdiyini sübut etmişdir. Bununla kifayətlənməyən Prezident İlham Əliyev bu çətin dövrdə Türkiyə üçün humanitar yardımlarını da əsirgəməmiş, bir qrup FHN əməkdaşının dağıntılar altında qalmış insanları xilas etmək üçün Türkiyəyə göndərmişdir. Prezidentə dəstək məqsədilə Azərbaycan xalqının könüllüləri də Türkiyəyə yardım üçün getmişdir. Budur, Azərbaycan xalqının və Azərbaycanın möhtərəm Prezidentinin müdrikliyi.
Qoşulmama Hərəkatının zirvə görüşündə cənab Prezident İlham Əliyev dünyada uzun illərdir müzakirə olunan BMT Təhlükəsizlik Şurasında aparılan islahatlar olduğunu bildirdi. Azərbaycan Qoşulmama Hərəkatı ölkələrin qərarı ilə 2019 – 2020 – ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyə başladı. Sədrlik qərarı yekdil qərarla bir il də uzadıldı. Hər zaman ədalətli olan dövlət başçımız Qoşulmama Hərəkatının sədri olaraq “Məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etmək”olduğunu qeyd etmişdir.
Daha sonra cənab Prezident İlham Əliyevin dediyi kimi, QH – ya sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə beynəlxalq dəstək qazandırıb. Azərbaycan dünyada ikili standartlara məruz qalan ölkələrdən biridir. Cənab Prezident dəfələrlə Qarabağ mövzusunu irəli sürmüş, lakin heç kim bu məsələyə məsuliyyətlə yanaşmamışdır. Bunlara baxmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev Dəmir Yumruğun iradəsi ilə təkbaşına ədaləti bərpa edərək, Ermənistanın vandalizmini ifşa etdi. Buda Azərbaycanın qüdrətini, cənab Prezidentimizin humanistliyini, insansevərliyini və ədalətli olmağını bir daha sübut etdi.
Möhtərəm Prezident İlham Əliyev təkcə öz xalqına deyil, yardım istəyən bütün xalqların köməyinə çatmışdır. Covid 19-a qarşı mübarizə zamanı bir çox ölkəyə vaksin yardımı etmiş, öz ölkəsinin təbii sərvətlərini bölüşmüşdür.
Bir çox vətəndaşımız xarici ölkələrə yaşamaq üçün üz tutmuşlar. Buna baxmayaraq cənab Prezident öz xalqının, insanların xarici ölkələrdə hüquqlarını qorumağa çalışmış və bu günkü, gündə də əlindən gələni əsirgəməməkdədir. Qoşulmama Hərəkatının zirvə görüşündə bu mövzuya toxunan cənab Prezident Fransada yaşayan digər xalqların hüquqlarına hörmət etməyə çağırıb.
Bir sözlə, bu və bu kimi toplantılardan, cənab Prezidentin səlist, ədalətli və düzgün çıxışlarından ürək dolusu danışmaq və çox yazmaq olar. Bir azərbaycanlı kimi Sizinlə qürur duyuram hörmətli Prezident, cənab İlham Əliyev!