Qoşulmama Hərəkatı və Azərbaycanın qarşılıqlı əməkdaşlığı
Zərövşən Qafarova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi
Dünyanın 120 dövlətini özündə cəmləşdirən Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq qurumdur. Bu qurumun nüfuzu məhz ikinci böyük təşkilat olmasında deyil, reallaşdırdığı işlərdə özünü təsdiqləyir. Əsası 1955-ci il ildə İndoneziyanın Bandunq şəhərində qoyulan bu təşkilatın bir sıra məqsəd və prinsipləri var. Belə ki, insan hüquq və azadlıqlarına BMT Nizamnaməsinə uyğun hörmət etmək, dövlətlərin ərazi bütövlüyü və suverenliyini, eləcə də irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmamaq, böyük dövlətlərin maraqlarını müdafiə edərək digər dövlətlərə təzyiq göstərməmək, dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək, münaqişələrin danışıq, arbitraj, məhkəmə həlli və tərəflərin seçdiyi dinc, sülh yolu ilə həlli, ədalət, əməkdaşlıq, beynəlxalq öhdəliklərə hörmət və sair məsələlər Hərəkatın əsas prinsipləri hesab edilir.
Təşkilatın bəyannaməsindəki prinsiplərin 30 ildir ki, Vətəniminizdə necə pozulduğunun şahidiyik. Mənfur ermənlər və onların havadarları illərdir torpaqlarımıza sahib çıxmaq, vətəndaşlarımızın hüquqlarını pozmaq, dilimizə, dinimizə-bütövlükdə milli və dövlətçilik dəyərlərimizə barbar münasibəti göstərməklə məşğul idilər. Amma Azərbaycan öz siyasi və mədəni imicini daim qoruyub saxlamış, hər bir vəhşiliyə qanun çərçivəsində yanaşmışdır. Respublikamız 26 May 2011-ci ildə İndoneziyada Hərəkata üzv dövlətlərin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına üzv olmuşdur. Dünya dövlətləri arasında sözünü deyə bilən ölkəmiz 2019-cu ildən Hərəkata sədrlik edir. Elə həmin ilin 25-27 oktyabrda Bakımız Hərəkatın 18-ci Zirvə Görüşünə ev sahibliyi etmişdir. Uğurlu sədrlik 2023-cü ilədək Qoşulmama Hərəkatının Bakıda reallaşdırılmasını təmin etdi.
4 May 2020-ci il Respublika Prezidenti İlham Əliyev cənabları Təmas qrupu ilə,, COVİD-19-a qarşı birlikdəyik,, mövzusunda Zirvə Görüşü formatında video-konfrans keçirmişdir. Ölkə başçısı pandemiyanın QH üzv ölkələrinə təsirinin qiymətləndirilməsi və onların ehtiyaclarının müəyyən edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Cənab prezident BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması fikrini irəli sürmüş və BMT Baş Katibi 10 iyul 2020-ci il tarixdən sözügedən sessiyasının çağırıldığını elan etmişdir. 3-4 dekabr 2020-ci il BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizə mövzusunda xüsusi sessiyası yüksək səviyyədə təşkil edilmiş və Qoşulmama Hərəkatının sədri İ. Əliyevun bu təşəbbüskarlığı yüksək dəyərləndirilmişdir.
2021-ci il 4-5 oktyabr tarixində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi təsis olundu və üzv dövlətlərin yüzdən artıq nümayəndəsinin iştirakı ilə virtual iclası keçirildi. Beləliklə, Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sırasını genişləndirir. Bunu 44 günlük zəfər yolunda daha çox hiss etdik. Hiss etdik ki, 30 il hüquqları tapdanan bir xalq 44 gündə nələr edə bilər. Məhz buna görə də Ölkə rəhbərinin atdığı hər addım müasir Azərbaycana müasir azərbaycanlının gözü ilə baxmağa xidmət edir.