YAP Suraxanı rayon təşkilatı Şəhid ailələrini daim diqqət mərkəzində saxlayır

YAP Suraxanı rayon təşkilatı Şəhid ailələrini  daim diqqət mərkəzində saxlayır

11 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında təşkilatın sədri Vüqar Seyidov Şəhid Cavid Cabarzadənin atası Qorxmaz Cabarzadəni və Şəhid Vaqif Mərdanovun atası Ədalət Mərdanovu ailəsi ilə birgə qəbul etmişdir. Daha sonra yerli təşkilatın sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri tərəfindən Şəhid Hüseynov İsabala Ceyhun oğlunun ailəsi ziyərət edilmişdir. Birinci Qarabağ Müharibəsi qazisi olan Ceyhun Hüseynovun yeni dünyaya gəlmiş əkiz övladları və şəhid atasının səhhətində yaranmış problemlərlə maraqlanan təşkilat sədri şəhidimizin ailəsinin qayğılarını şəxsi nəzarətinə götürdüyünü bildirmişdir.