Şəhid Ramid Abidova həsr olunmuş “Unudulmayan Şəhidim” adlı tədbir keçirilmişdir

Şəhid Ramid Abidova həsr olunmuş “Unudulmayan Şəhidim” adlı tədbir keçirilmişdir

 31 oktyabr 2025-ci il tarixdə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində şəhid Ramid Abidova həsr olunmuş “Unudulmayan Şəhidim” adlı tədbir keçirilmişdir.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elman Hüseynov, Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə-Smeta bürosunun rəisi Şaiq Səfərov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov, Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət Məmmədova, digər rəsmi şəxslər, şəhid ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. 

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını və dərin hüznlə başsağlığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra o çıxışında qeyd etdi ki, Azərbaycanda Şəhid ailələri və müharibə əlillərinə həssas münasibət Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə gəlməsi ilə başlayıb. Həmin vaxtdan prioritet istiqamətə çevrilən bu xətt möhtərəm dövlətimizin başçısı İlham Əliyevin Prezidentlik fəaliyyətinin ötən dövründə daim diqqət mərkəzində saxlanılır.

Tədbir məktəbin Şəhid Ramiq Abidovun məzunu olduğu və adını daşıyan 85 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivinin hazırladığı vətənpərvər mövzuda maraqlı kompozisiyalar ilə davam etmişdir.