YAP Suraxanı rayon təşkilatının rəhbərliyi ƏPT-nin sədr müavini Məşkür Mirzəyevi təbrik edib

YAP Suraxanı rayon təşkilatının rəhbərliyi ƏPT-nin sədr müavini Məşkür Mirzəyevi təbrik edib

31 oktyabr 2025-ci il tarixdə “Suraxanı Maşınqayırma Zavodu” ASC-də zavodun hüquq məsləhətçisi, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədrinin birinci müavini, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Məşkür Mirzəyevin 70 illik yubileyi münasibəti ilə görüş keçirilmişdir. Görüşdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyev, , Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov,  “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin direktoru Vahid Mahmudov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Məşkür Mirzəyevin uzun illər üzv olduğu və siyasi xəttinə hər zaman sadiq qaldığı Yeni Azərbaycan Partiyasında fəaliyyəti özündən sonra gələn nəsillər üçün əsil vətəndaşlıq nümunəsidir. O, nümunəvi, ləyaqətli, işgüzar, savadlı mütəxəssis, vicdanlı, öz işinə məsuliyyətlə yanaşan, kollektiv arasında hörmət qazanan bacarıqlı ziyalı, dünyagörüşülü, təcrübəli, xeyirxah ağsaqqal olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ərazi partiya təşkilatının sədr müavini kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətimizin, Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.

Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Məşkür Mirzəyevin gənc fəalların ictimai-siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır. Onun partiya işlərində fəallığı YAP Suraxanı rayon təşkilatı tərəfindən rəğbətləndirilmiş, o, Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunmuşdur.

Göstərilən diqqətə və qayğıya görə Məşkür Mirzəyev YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. Yubliyar bildirmişdir ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.