31 mart 1918 - ci il tarixi erməni qəddarlığının və vandalizminin bariz nümunəsidir
Pərvin Rəhimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 262 saylı körpələr evi - uşaq bağçasının metodisti
Tariximizin hər bir dövrünə - keçmişə və indiki zamana nəzər saldıqda necə məğrur, qorxmaz və igid xalq olduğumuza bütün dünya şahid olur. Amma bir gerçəklik var ki, öz havadarlarına arxalanan erməni kimi mənfur düşmənlə qonşuyuq. Qorxaq və aciz erməni xalqı məhz öz gücünə yox, öz havadarlarına arxalanaraq Azərbaycan xalqına qarşı tarixin hər dönəmində zaman - zaman qanlı faciələr, soyqırımlar törədiblər.
Cinayət cəzasız qalanda yeni cinayətlərə yol açır. Bunu mənfur düşmənimiz olan ermənilərin illərdi Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri, vəhşiliyi ört-basdır edib, dünyadan gizlətməyə çalışıb cəzasız qaldıqlarında və yeni cinayətlər törətdiklərində bir daha görə bilirik. Əzəli və əbədi düşmənimiz olan ermənilər 1918 - ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı Sovetinin rəhbərliyi altında Bakı şəhərinə və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırım törədiblər. Ermənilər bir çox qədim binalarımızı, tarixi abidələrimizi, dünya memarlığının incilərindən olan İsmailiyyə binasını top atəşinə tutub dağıdıblar. Dinc xalqı, o cümlədən əli silahsız qadınları, körpə uşaqları vəhşicəsinə qətlə yetiriblər. Evlərə od vurub insanları diri - diri yandırıblar. Bu amansızlıq və vəhşilik erməni vandalizminin nümunəsidir.
Soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib , on minlərlə insan itkin düşmüşdür. Günahsız bir xalqa bunu yalnız erməni kimi vandal xalq edə bilərdi. Məqsədləri isə hərzaman qonşu torpaqları hesabına " Böyük Ermənistan dövləti yaratmaq olub. Xalqımızın başına gətirilən bu amansızlığı, faciəninin ağırlığını düşünüb yaşadıqca insana qəzəb, nifrət gəlməməsi mümkün deyil.
Tarix boyu Azərbaycan xalqının başına gətirilən belə bir vəhşiliyin nəinki, sübutuna hətta danışılmasına mane olublar. Bütün bunlara baxmayaraq müstəqil Azərbaycan dövlətçiliyinin banisi Ulu öndər Heydər Əliyevin faktların üzə çıxmasında böyük rolu oldu. Dünənimizə, tariximizə siyasi baxımdan qiyməti məhz Ulu öndər Heydər Əliyev verdi. 26 mart 1998 ci ildə imzaladığı fərmanla " 31 mart Azərbaycanlıların Soyqırımı " günü elan etdi. Fərmandan sonra 31 Mart Soyqırımı haqqında əsərlər yazılmış və xarici dillərə tərcümə edilərək erməni vandalizmi dünyaya çatdırılmışdır.
Tarixin acı sınaqlarından keçsək belə, bugün qalib bir xalqın qalib Prezidenti cənab İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş vəhşilikləri, vandalizmi dünya ictimaiyyətinə çatdırır. Nəinki, 31 Mart Azərbaycanlıların Soyqırımını eyni zamanda Xocalı faciəsini bugün dünya ictimaiyyəti artıq görür.
Yalanlar üzərində qurulmuş erməni mifi darmadağın edildi və bütün dünya erməni vandalizminin şahidi oldu.