Vətən müharibəsi şəhidi Ruslan Rəcəbov anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Ruslan Rəcəbov anım günündə ehtiramla yad edilib

31-də Vətən müharibəsi şəhidi Ruslan Rəcəbov anım günündə ehtiramla yad edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Qarabağ” ordeni, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Şəhid Rəcəbov Ruslan Rəcəb oğlunun anım günü qeyd olunub.

Anım günü münasibətilə YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov və şəhidin ailə üzvləri Hərbi Memorial Məzarlıqda məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.