Qarabağda Ermənistana məxsus 15 minə yaxın hərbçi beynəlxalq hüquqlara məhəl qoymadan yerləşdirilmişdi

Qarabağda Ermənistana məxsus 15 minə yaxın hərbçi beynəlxalq hüquqlara məhəl qoymadan yerləşdirilmişdi
Dilbər Əzizova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu,104 nömrəli tam orta məktəbin müəllimi
Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin “ Qarabağ : 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər “ forumunda səsləndirdiyi fikirlər bütün dünya mediasının diqqət mərkəzindədir. “ Bu gün Azərbaycan regionda gedən dəyişikliklərin təşəbbüskarıdır”. Azərbaycan dövləti 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbləri var idi.
Dövlət başçımız qeyd etmişdir ki, baş verən iki hadisə bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistan baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki, ikincisi, sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılaşmaların pozulması oldu.
Qarabağda Ermənistana məxsus 15 minə yaxın hərbçi beynəlxalq hüquqlara məhəl qoymadan yerləşdirilmişdi. Bu gün də erməni separatçıları bizim təkliflərimizi rədd edərək buraya tank üzərində gələcəkləri ilə bizi hədələyirlər. Dövlət başçımız qeyd etmişdir ki, bu il sentyabrın 19-da bir gündən də az sürən antiterror əməliyyatı nəticəsində biz suverenliyimizi bərpa etdik. Mülki infrastruktura ziyan dəymədən, əhali arasında heç bir itkiyə yol vermədən.
BMT nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun hərəkət edən Azərbaycan dövlətinin də öz ərazilərinə tam nəzarət etmək hüququ var. Biz Qarabağda yaşayan erməniləri də öz vətəndaşımız hesab edirik, onların burada qalıb yaşaması üçün tamamilə beynəlxalq hüquqa uyğun şərtlərimizi təklif etdik, hüquqi cəhətdən təhlükəsizlik şəraiti yaratdıq. 30 il ərzində doğma evlərindən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər ağır psixoloji sarsıntılar keçirərək yaşadılar. Onlar hər gün doğma evlərinə qayıdacaqları günü gözləyirdilər. Bu gün Azərbaycan onların ən yaxşı şəraitdə yaşaması üçün əlindən gələni edir. Biz qayıdış prosesini planlaşdırarkən diqqətimizi onlar üçün yaxşı şərait və iş yerləri yaratmağa yönəltmişik.
Təəssüf ki, Qarabağda mina terroru hələ də davam edir, hələ də insanlarımız həyatlarını itirirlər. Ermənistanın bizə verdiyi xəritələr tamamilə faydasızdır. Artıq 350 nəfər minanın qurbanı olub. Ermənistan iqtidarı ilə müxalifətinin fərqi yalnız ondadır ki , Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, biz onları yenidən əzəcəyik. Arxalarında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayaraq. 2019-cu ildə “ Qarabağ Ermənistandır və nöqtə “ deyən Paşinyan indi “ Qarabağ Azərbaycandır “ deyir.