Qarabağ müharibəsindəki uğurumuz Qərbi Azərbaycan mövzusunu yenidən aktuallaşdırdı

Qarabağ müharibəsindəki uğurumuz Qərbi Azərbaycan mövzusunu yenidən aktuallaşdırdı

Firidun Həsənov

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 290 nömrəli tam orta məktəbin müəllimi

Şanlı ordumuzun 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edərək erməni işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi ilə nəticələnən zəfərimiz ən parlaq və şanlı tariximizdir. Biz təkcə hərb meydanında deyil, həmçinin siyasi, diplomatik sahələrdə də yüksək üstünlük qazanmışıq. İstər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə baş verənlər bunu sübut edir. Dövlət başçısı, Müzəffər Ali baş Komandanın dünyanın tanınmış media orqanlarına verdiyi tutarlı və əsaslandırılmış, Ermənistanın və onun havadarlarının işğalçı mahiyyətlərini ifşa edən müsahibələr informasiya müharibəsində də qələbəmizə əsas oldu.

İkinci Qarabağ müharibəsindən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınmasının təməlində sözsüz ki, həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.  Dövlətimizin başçısı deyib: “Mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır”.

Dünyada baş verən qeyri-sabit vəziyyət o cümlədən müharibələr istər-istəməz dünya iqtisadiyyatına mənfi mənada təsirini göstərir. Təbii ki, Azərbaycan da dünyanın bir hissəsi olaraq iqtisadi böhrandan kənarda qala bilməz. Məhz ona görədə ölkəmizdə qiymət artımları müşahidə olunur. Bütün bunlara baxmayaraq, dövlət başçısı tərəfindən həyata keçirilən sosial layihələr, sosial proqramlar məhz bu böhranı yüngülləşdirməyə xidmət edir.

2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 134 milyard manata çatıb. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. "Məlumdur ki, müharibədən sonra heç kimdən kömək almamışıq. Keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son statistikaya nəzər salsaq,  Azərbaycanın ümumi daxili məhsulu 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Bununla da deyə bilərik ki, bizim xarici borcumuz azalıb”. “Biz iqtisadi cəhətdən müstəqilik, əgər biz indi istəsək, yenə də beynəlxalq maliyyə qurumları ilə kreditlərin cəlb edilməsi üzrə işlərə başlaya bilərik, əslində başlamışıq. Çünki həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr demək olar ki, başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Yəni, mən tam əminliklə deyə bilərəm ki, biz limitsiz xarici kreditlərin cəlb edilməsində heç bir problem görməyəcəyik” Prezident bildirib.

Əslində Prezident ölkəmizi gücləndirmək, hər bir vətəndaşın həyatını yaxşılaşdırmaq məqsədilə bu addımların atılmasını diqqətə çatdırır. Hal-hazırda, bütün dünyada inflyasiya ciddi bir problemə çevrilib. Azərbaycandakı inflyasiya əslində idxal edilmiş inflyasiyadır. Ona görədə minimum əmək haqqının 15% artırılması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanmış addımdır. O cümlədən pensiya və müavinatlar da artırılmışdır. Ünvanlı sosial yardımların verilməsi ilə birlikdə mənzillərin verilməsi təcrübəsi də davam edir.

 Qarabağ müharibəsindəki uğurumuz Qərbi Azərbaycan mövzusunu yenidən aktuallaşdırdı. Artıq Azərbaycan beynəlxalq aləmdə Qərbi Azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmasının zəruriliyini onların diqqətinə çatdırır. Çünki bu onların hüququdur. Bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır.

Bu gün uğurumuzun davamı kimi enerji resurslarımızda dünyanın diqqətindədir. Artıq Avropa ittifaqı ilə enerji dioloqunun başlanmasına start verilib.

Əfsuslar olsun ki, bəzi dövlətlər Ermənistanı müharibəyə sürükləməklə çalışır ki, nə hərb, nə də sülh olsun, məsələ dondurulmuş vəziyyətdə qalsın. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev Fransanın Minsk qrupunun həmsədr olmasına hələ o zamanlar dəfələrlə etiraz etmişdir. Müharibə zamanı Fransa BMT-də bizə qarşı təşəbbüsə əl atdı. Bütün bunlara baxmayaraq Azərbaycanın BMT-yə münasibəti bəllidir. Əlbəttə ki, Azərbaycanın tutduğu yol düzgündür və davamlı olaraq Azərbaycan naminə yolumuzu uğurla davam etməliyik!