Qalib xalqın qalib Prezidenti

Qalib xalqın qalib Prezidenti

Vəfa Səfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 268 saylı Körpələr evi və uşaq bağçasının müdiri

Prezident İlham Əliyevin fəaliyyəti o qədər genişdir ki, onun haqqında danışsan bitməz. Son illərdəki fəaliyyəti ilə Azərbaycan xalqını dirçəltdi. Bir yumruq ətrafında işğal altında olan torpaqlarımızı geri qaytardı. Ordumuza güc verdi, dayaq durdu. İlham Əliyev bir daha sübut etdi ki, torpağını, millətini necə sevən vətəndaşdır, oğuldur, liderdir.

Cənab İlham Əliyev atası Ulu Öndər Heydər Əliyevin nəsihətlərini yerinə yetirən böyük şəxsiyyətdir. İlham Əliyev tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan vermişdir.

Prezident cənab İlham Əliyev diqqət və qayğısı eyni zamanda Heydər Əliyev fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsındə irimiqyaslı layihələr həyata keçirilmişdir.

Qalib xalqın qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı dünya Azərbaycanlılarının lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qarşısında daha böyük, ali üfüqlər açmışdır. Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq, Yeni Azərbaycan Partiyasının üzvü olaraq öz adımdan cənab İlham Əliyevin doğum gününü təbrik edirəm və arzu edirəm ki, naliyyətləri, uğurları hər zaman bol olsun.

Sizinlə qürur duyuruq cənab Prezident!