Prezidentin rəhbərliyi ilə Dövlət Gənclər Siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermişdir

Prezidentin rəhbərliyi ilə Dövlət Gənclər Siyasəti  Azərbaycan gəncliyinin inkişafına təkan vermişdir

Sevinc Ələkbərova

 YAP Suraxanı rayon təşkilatının gənc üzvü

Suraxanı rayonu, 258 saylı uşaq bağçası və körpələr evinin baş tərbiyəçisi

Hər kəsə məlumdur ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür. Bu günün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda Dövlət Gənclər Siyasətinin əsası qoyuldu. 1994-cü ildə bu siyasəti icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı.

 Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin I forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı.

Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət Gənclər Siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.

Prezident cənab İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca "Gənclər ili"nin (2007-ci il) elan edilməsində də göstərdi. 2007-ci ildə Pprezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə “Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzaladı.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.

Əziz gənclər bayramınız mübarək!