Prezidentin humanist amnistiya təşəbbüsü
Ülkər Kazımova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 279 saylı uşaq bağçası və körpələr evinin tərbiyəçisi
Prezident İlham Əliyevin amnistiya təşəbbüsləri Azərbaycan dövlətinin humanizm və sosial ədalət prinsiplərinə əsaslanan siyasətinin mühüm istiqamətlərindən biridir.
Ümumi mahiyyət ondan ibarətdir ki, Azərbaycan humanist prinsibləri müdafiə edir. Əsas məqsəd cəmiyyətin bəzi ünsürlərinin cəza ilə deyil, mərhəmət hissi ilə islah olunmasıdır. Humanizm prinsiplərinin tətbiqi, məhkumların yenidən cəmiyyətə inteqrasiyası, sosial ədalətin təşviqi və cəza siyasətində diferensial yanaşma.
Az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə, qadınlara, yetkinlik yaşına çatmayanlara, yaşlılara, əlilliyi olan şəxslərə və müharibə veteranlarına şamil edilir. Cəmiyyət üçün xüsusi təhlükəli sayılmayacaq insanların azad olması ancaq milli barışa, əmin-amanlığa xidmət edər.
Tarixi əhəmiyyəti odur ki, azad, suveren dövlətə “Konstitusiya və Suverenlik İli” çərçivəsində məhz belə bir amnistiya təşəbbüsü yaraşır. Müstəqil Azərbaycan dövründə onlarla əfv və amnistiya aktı həyata keçirilib, minlərlə şəxs azadlığa buraxılıb və ya cəzası yüngülləşdirilib.
Bu təşəbbüslər dövlət suverenliyinin möhkəmləndirilməsi və vətəndaş–dövlət münasibətlərində etimadın artırılmasına xidmət edir.