Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib

Prezident İlham Əliyevin rəhbərliyi altında  dövlətçiliyimizin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib

Elşad Həsənov

Siyasi ekspert, YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Azərbaycan xalqının Ümummilli lideri,müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə vətəndaş müharibəsinin, xaosun qarşısını aldı.  Ulu Öndər ölkənin uğurlu inkişaf modelini qurdu, yeni neft strategiyasını yaratdı, dünyanın aparıcı dövlətlərinin neft şirkətlərilə ”Əsrin Müqaviləsini” imzaladı. Ordu quruculuğu, iqtisadiyyatın inkişafına, umumiyyətlə bütün sahələri əhatə edən davamlı və dayanıqlı inkişaf strategiyası müəyyən edilərək icra olundu. Dövlətimiz gücləndi, iqtisadi cəhətdən möhkəmləndi, xalqın sosial rifah halı və yaşayış səviyyəsi yüksəldi.

2003-cü ildə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və siyasi kursunun varisliyini təmin etmək ücün qədirbilən xalqımız Prezident seckilərində İlham Əliyevi dəstəklədi. Xalqın dəstəyinə güvənən dövlətimizin başcısı xarüqələr yarada bildi. Ölkəmiz inkişaf etdi, gücləndi. Müasir ordu quruculuğu həyata kecirildi, bütün sferalarda islahatlar aparıldı, davamlı və dayanıqlı inkişaf təmin edildi.

Artıq sonuncu Prezident seckilərindən 4 il kecir. 2018-ci ilun aprelin 11 də kecirilmiş növbədənkənar prezident seckiləri müstəqil Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 8-ci rəsmi secki olmuşdur. Maraqlıdır ki, seçkilərdə 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seckilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seckilərdə səsvermə hüquna malik olan vətəndaşların 74.3% iştirak etmişdir. Azad,demokratik və şəffaf şəraitdə kecən seckilərdə İlham Əliyev Azərbaycan seçicilərin böyük əksəriyyətinin 86.02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezideni secilmişdir. Xalq görülən işlərə, inkişafa,tərəqqiyə, sosial ədalətə, təhlükəsizliyə və xoş gələcəyə səs vermişdir. Prezident seçkilərinin nəticələri Azərbaycan vətəndaşlarının iradəsini əks etdirib.

Xalq daima onu xoş gələcəyə aparan, sosial müdafiəsini gücləndirən siyasətə, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək ücün geçə-gündüz calışan Liderinə səs verdi. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu kecib, Azərbaycan dövlətciliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq arenada movqeyi xeyli güclənmişdir. Dövlət siyasətinin əsas strateji prioritetləri dövlətin təhlükəsizliyi, xalqın rifahı və milli maraqlar olmuşdur.

Prezident İlham Əliyevin “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” fikri öz real təsdiqini tapıb. Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatlara böyük diqqət verərək, islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018 ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə,büdcə gəlirləri 13,5 dəfə artıb.Azərbaycanın strateji valyuta ehtiyatları 26,6 dəfə artıb,maliyyə imkanlarımız əsaslı şəkildə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olmuşdur. Əhalinin nominal gəlirləri 8.6 dəfə,minimum əmək haqları 12,9 dəfə,əhalinin banklardakı əmanəti 30 dəfə artıb.1958400 yeni iş yerləri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə,yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmiş 245 min nəfər məcburi köckün mənzillə təmin edilmişdir.

Prezident İlham Əliyev azad sahibkarlığı inkişaf etdirmək ücün 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilməsinə şərait yaratmışdır. Bu kreditlər və sahibkarların öz vəsaiti hecabına minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir.Bu illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı surətdə inkişaf etdirilmişdir.Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı.2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir.2014-cü il sentyabrın 20-də”Cənub Qaz Dəhlizi”nin təməli qoyulub.2018-ci il 29 may tarixində Bakıda”Cənub Qaz Dəhlizi”nin,12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu(TANAP)qaz boru kəmərinin açılışı olub.Cənub Qaz Dəhlizinə qoyulan vəsait 40 milyard ABŞ dollarına bərabərdir.Bu vəsaitin böyük hissəsi xarici partnyorlar,banklar tərəfindən qoyulub.

Azərbaycan bu illər ərzində elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir!Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmış,böyük infrastruktur lahiyələr reallaşdırmışdır.30-dan çox yeni elektrik stansiyası tikilib istifadəyə verilmişdir.Onların generasiya gücü 3900 meqavata bərabərdir.Göstərilən vaxt kəsiyində yol və nəqliyyat infrastrukturu da sürətlə inkişaf etdirilmişdir.Ölkəmizdə 15 min kilometr yeni yol cəkilmişi təmin edilmişdir, 7 aeroport tikilmiş,onlardan altısı beynəlxalq statusa malikdir(Heydər Əliyev adına Beynəlxalq Hava Limanı,Gəncə Beynəlxalq Hava Limanı,Naxçıvan Beynəlxalq Hava Limanı,Lənkəran Beynəlxalq Hava Limanı,Qəbələ Beynılxalq Hava Limanı,Zaqatala Beynəlxalq Hava Limanı və Balakən Beynəlxalq Hava Limanı).Xəzər dənizində ən böyük yeni ticarət limanının tikintisinə başlanılmışdır.Dəmir yolu infrastrukturu yenilənib,yeni qatarlar alınlb.

2003-2018-ci illərdə əldə edilmiş müsbət nəticələr,xalqın və dövlətin davamlı inkişafına istiqamətlənmiş siyasət,iqtisadi nailiyyətlər,sosial tərəqqi Azərbaycanı regionda lider dövlətinə cevirmişdir.Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan böyük yaradıçılıq-quruçuluq işləri ölkəmizi inkişaf etmiş ölkələr sırasına cıxartmışdır.  Məhz bu amillər Azərbaycanın BMT, AŞ, ATƏT,  NATO və digər bütün beynəlxalq təşkılatlarda öz layiqli yerini tutmağa səbəb olmuşdur!Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq təşkilatların yüksək tribunalarından cıxış edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə catdırmış,ölkəmiz haqqında müsbət imic formalaşdırmağa müvəffəq olmuşdur. Bütün bunlar Prezident İlham Əliyevin xalqı öz ətrafında milli ideya-Azərbaycançılıq məfkurəsi altında birləşdirməsi sayəsində baş vermişdir.

Qeyd olunan illər həm də Azərbaycan Ordusunun sürətli inkişaf dövrü kimi də xarakterizə etmək olar. Dünyanın ən müasir silahları ilə silahlanmış,texnikası ilə təchiz edilmiş,yeni döyüş texnıkasına yiyələnmiş ordumuz planetin güclü ordular sırasına daxil olub. 2016-cı ildə aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü,qələbə əzmini göstərdi. Dördgünlük aprel döyüşləri zamanı Ordumuz Talış kəndi ətrafındakı yüksəklikləri azad etməklə Goranboy rayonuna və Naftalan şəhərinə təhlükəni aradan qaldırdı,bundan başqa strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi də ələ kecirildi.2016-cı ilin aprelində baş vermiş dördgünlük müharibə ikinci Qarabağ müharibəsində qırx dörd gündə qazandığımız tarixi Zəfərə gedən yolun başlanğıçı oldu.

Sözsüz ki,son illərdə görülən taleyüklü işlərin ən böyük nəticəsi 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəmizdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi,ərazi bütövlüyümüz bərpa olundu,xalqımızın qüruru özünə qaytarıldı. Azad edilmiş torpaqlarımızda yaradıcılıq-quruculuq işlərinə başlanıldı. İnanırıq ki,Prezident İlham Əliyev bundan sonra da xalqına və dövlətinə səadətlə xidmət edəcək,xalqımızın daha yaxşı yaşaması, ölkəmizin daha da güclənməsi,qüdrətli ölkəyə cevrilməsi,onun dünya ölkələri arasında öz layiqli yerini tutması ücün fədakarlıqla calışacaq. Hədəfi qalibiyyət,məqsədi yaratmaq-qurmaq olan   Prezident İlham Əliyev xalqına güvənərək yeni zirvələrə doğru inamla addımlayır.