Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir
Təranə Qəhrəmanova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin müəllimi
Prezident İlham Əliyev hər zaman xalqın dəstəyinə güvənmişdir. O, mühüm təltiflər, Ordenlər, Fəxri elmi adlar İdman təşkilatlarının mükafatlarına layiq görülmüşdür. Xalqa güvən əsasında qurulmuş və gələcəyə hesablanmış effektiv dövlət siyasəti həyata keçirir.
Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir. Daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai – siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, şərait yaradıb.
Prezident İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olunur. Eyni zamanda da Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioretetlərindən biridir.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.” Prezident İlham Əliyev Rəqabətə dözümlü iqtisadiyyat, Sosial rifah, Trans milli lahiyə, Cənubi Qaz Dəhlizi İslahatlar ölkəsi kimi Mühüm Dövlət Proqramlarının həyata keçirilməsinə nail olmuşdur.
Prezident İlham Əliyev pandemiya ilə qlobal mübarizədə ədalətli mövqedə dayanmışdır. Azərbaycan səhiyyə sistemi tez bir zamanda Covid 19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi.
2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı.