Prezident İlham ƏliyevAzərbaycan gəncliyinin işıqlı gələcəyinin təminatıdır
Taleh Mansurov
"Gənclərin Töhfəsi" İctimai Birliyinin baş katibi
2018-ci il prezident seçkilərindən 4 il keçir. Bu keçən 4 il, Azərbaycanın inkişafında xüsusi önəmə malikdir. Azərbaycanımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar, xalqın inamını qazanmaq, gəncliyə göstərilən dəstək dünya ölkələrinə nümunə olacaq siyasətdir.
Azərbaycanımızın inkişafında gəncliyə hər zaman xüsusi diqqətlə yanaşılmışdır. Gəncliyə göstərilən diqqət ölkəmizin müstəqilliyini ilk qazandığı illərdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyə başlamışdır. Bunun məntiqi ardıcıllığı və xüsusi forması Prezident İlham Əliyevin Azərbaycanın prezident seçildiyi gündən daha geniş vüsət almışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Gənclər siyasəti ölkənin prioritet sahəsinə çevrilmişdir. Gənc kadrların irəli çəkilməsi, fəaliyyəti ilə seçilən gənclərin mükafatlandırılması, gənclərin dünyanın rentinqli universitetlərində təhsilə dövlət hesabına göndərilməsi, Gənclərin inkişaf siyasətinin, proqramlarının təsis edilməsi, gənclərin idmana, sağlam həyatına yönləndirilməsi məqsədi ilə idmanda uğur qazanan gənclərə dövlət mükafatları hər zaman gəncliyə dövlət qayğısının göstəricisidir. Prezident İlham Əliyevin gəncliyə diqqəti, qayğısı onun rəhbərliyi ilə formalaşan vətənpərvər gənclik xalqımıza böyük Zəfər qazandırdı. Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandanı ilə adını əbədi qalib gənclik olaraq tarixə yazdı.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını bütün siyasi fəaliyyətində ən üstün prioritet olaraq davam edir. Azərbaycanın xarici dövlətlərlə əlaqələri, beynəlxalq əməkdaşlıqda, Dünyamıza təhlükə yaradacaq epidemoloji vəziyyətlərdə, Qoşulmama Hərəkatının rəhbəri olaraq daima sülh və bərabərlik uğrunda davamlı olaraq çalışmışdır.
44 günlük müharibə, Qarabağ zəfəri Azərbaycanın xalq iqtidar birliyini, Azərbaycanın gücünü bir daha dünyaya göstərdi. Bir çox beynəlxalq qurumların ermənipərəst mövqeyi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə davam etməyən danışıqlar, müharibəni qaçınılmaz etmişdir. Lakin müharibə qazanılması çətin olduğu qədər, zəfər qazanmış dövlət olaraq əsas istiqamət zəfərin daha möhkəmlənməsi, düşmənin bütün revanşist cəhdlərini minimuma endirmək idi. Prezident İlham Əliyev uzaqgörən siyasi dühası ilə Ermənistanı rəsmi və qeyri-rəsmi olaraq dəstəkləyənləri Azərbaycanın öz siyasətini, prinsiplərini diqtə edərək qəbul etdirdi. Eyni zaman Türkiyə ilə Şuşa bəyannaməsi, Rusiya ilə müttəfiqlik bəyannaməsi Azərbaycanı regionda təhlükəsizlik baxımından stabil ölkə olaraq dünyaya tanıtdı. Bu bir başa xalqımızın ölkəmizin gələcək təhlükəsizliyinin təmin olunmasıdır.
Hal hazırda dünyada baş verən hadisələr fonunda regionda sülhün bərqərar olması, Azərbaycanın Ermənistanı sülh prinsiplərini qəbul etməyə məcbur etməsi və investisiya üçün yaradılan şərait, müasir innovativ yanaşmaların nəticəsində Brüssel görüşündə Avropa İttifaqının Azərbaycanın etibarlı tərəfdaş olaraq tanıtması ölkəmizin möhkəmlənən mövqeyinin göstərir. Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının sülh şəraitində yaşayış tərzi təmin olunubdur. Dövlətimiz vətəndaşlarımıza hər sahədə, sosial, iqtisadi rifahı hər zaman üstün tutmuşdur. Şəhid ailələri və qazilərimizin həyat səviyyəsinin yüksəldilməsi dövlətin ən prioritet istiqamətinə çevrilmişdir.