Prezident İlham Əliyev bu görüşdə fəxri qonaq qismində iştirak edib
Aynurə Həsənova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi
Sentyabırın 14-də Düşənbədə Mərkəzi Asiya Dovlət Başçılarının 50-ci Məşvərət görüşü keçirilib. Prezident İlham Əliyev bu görüşdə fəxri qonaq qismində iştirak edib. Məşvərət görüşündə İlham Əliyev çıxış edərək mühüm məqamlara toxunub. Birgə sərmayə, sənaye əməkdaşlığı, avtomobil sənayesi, gəmiqayırma, kənd təssərüfatı xüsüsi ilə pambıqçılıq, ipəkçilik, bağçılıq, heyvandarlıq sahəsində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığımızı vurğulayayaraq bir daha Azərbaycanın bu region üçün nə qədər əhəmiyyətli dövlət olduğunu nəzərə çatdırıb.
Azərbaycanın Mərkəzi Asiyadan Türkiyə və Avropaya gedən tranzit yollarının üstündə yerləşməsi mühum amildir. Burada dəniz nəqiliyyatı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycanın Xəzər nəqliyyat donanmasının tranzit yükdaşımalarını həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Xəzər dənizi ilə daşınmaya təlabat artır. Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna təlabat artmış və ötən il tranzit yüklərin daşınması 75 faiz artıb.
Son zamanlar ölkəmizə qarşı marağın arması Prezident cənab İlham Əliyevin uğurlu iqtisadi siyasətinin bir nəticəsidir.