Prezident İlham Əliyev Bakı Zirvə görüşündə hərəkatın ali məqsədləri haqqında geniş nitqi ilə çıxış etdi

Prezident İlham Əliyev Bakı Zirvə görüşündə hərəkatın ali məqsədləri haqqında geniş nitqi ilə çıxış etdi
Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri
“Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Bu cümlə dahi şəxsiyyət, Ulu Öndər, Yeni Azərbaycanın qurucusu Heydər Əliyevə aiddir. Bir Azərbaycan vətəndaşı olaraq, hər zaman düşünürəm ki, vətənimi, dövlətimi, elimi, obamı tanıtmaqdan ötrü, hansı əməli,işi görə bilərəm ?!
Bu gün Azərbaycan çox xoşbəxt bir dövlətdir. Çünki onun yüksək, siyasi arenalarda, nəhəng dövlətlər arasında tanıdan, sözü və əməli bir olan, mərd, əsl Azərbaycan xalqına xas olan bütün xüsusiyyətləri ilə tanıdan, savadlı, uzaqgörən, güclü siyasətə malik olan bir prezidenti var. Bu prezident bu il 100 illiyini qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevin güclü siyasət məktəbinin varisi və müdavimi cənab İlham Əliyevdir.
Əslində Ulu Öndərin söylədiyi, “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” fikri, bizlərin hər birinin gününün reallığına çevrilib. Bizlər hər birimiz, öz dövlətimizi, vətənimizi sevməklə yanaşı, zaman-zaman dövlət başçımızın beynəlxalq təşkilatlara sədrliyi və sədrlik zamanında gördüyü işlər, qətiyyətli çıxışları, xarici dillərdə gözəl nitqi, diksiyasi, o qədər qürurverici olur ki, mən hər zaman Ulu Öndərə aid olan, fikri tez-tez təkrarlayıram: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam.
Bildiyimiz kimi, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə, 2019-2022-ci illər üzrə, Qoşulmama Hərəkatının sədrliyinə başladı. Həmin bu sədrlik yekdil qərar ilə daha bir il də uzadıldı. Prezident cənab İlham Əliyev Bakı şəhərində təşkil olunmuş bu hərəkatın Zirvə görüşündə, hərəkatın ali məqsədləri, təşəbbüsləri, maliyyə yardımları haqqında geniş çıxış etdi.
Prezident cənab İlham Əliyev öz çıxışında Qoşulmama Hərəkatının sədri olaraq, Azərbaycanın məqsədinin, ədaləti və beynəlxalq hüququ müdafiə etmək olduğunu bildirdi. Prezident cənab İlham Əliyevin Fransanı Afrika, Cənub Şərqi Asiya və digər ərazilərdə, Qoşulamama Hərəkatının üzvü olan ölkələrə qarşı, qanlı müstəmləkə cinayətlərinə, soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.
Prezident cənab İlham Əliyevin 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi deməsi isə bir daha Azərbaycan dövlətinin güclü liderinin olmasından xəbər verir.