Prezident “Euronews” kanalına verdiyi müsahibədə bizim sülhpərvər dövlət olmağımızı vurğulamışdır

Prezident “Euronews” kanalına verdiyi müsahibədə bizim sülhpərvər dövlət olmağımızı vurğulamışdır

Məlahət Abdullayeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 265 saylı körpələr evi və uşaq bağçasının müdir əvəzi

Azərbaycan torpaqlarında 30 il bundan öncə o qanlı müharibə olmamışdan əvvəlki tarixlərdə də erməni xalqı bizim torpaqlarımızda sülh içində yaşayırdı. Hələ də həmin insanlar bizim aramızda müstəqil şəkildə yaşamağa davam edir, hətta öz millətlərini etdikləri bu hərəkətlərə görə qınayırlar. Prezident cənab İlham Əliyevin də dediyi kimi bizim xalqımız hər zaman sülhə və bərabərliyə hazırdır.

Prezident cənab İlham Əliyev “Euronews” kanalına verdiyi müsahibədə bizim sülhpərvər dövlət olmağımızı vurğulamışdır. Xalqımız ermənilərlə hələ də dostluq edir onlara kinlə yanaşmırlar. Prezidentimiz də öz sözlərində bunu belə təsdiqləyir ki, Laçın yolu çəkiləndə, orada işləyən azərbaycanlı ustalar Qarabağda yaşayan erməni xalqı ilə dost olub səmimi bağlar qurublar. Bu da o deməkdir ki, orada yaşayan xalq da və bizim millətimizdə heç bir münaqişə içində deyil.

Prezidentimiz bu müsahibə yolu ilə erməni xalqına mühum ismarıclarını ötürdü. O, bildirib ki, Ermənistan nə qədər də bizim mədəni və dini irsimizə hörmət etməsələr də biz edirik. Biz onlara müstəqil və normal həyat təklif edirik. Onlar öz başçılarına qulaq verməyib bizim dediklərimizlə razılaşsalar hamı üçün yaxşı olacaq. Bütün bu sülh prosesi bitdikdən sonra torpaqlarından məhrum edilmiş xalqımız öz yurdlarına qayıdacaqlar. Onlar da Prezidentimizlə həmfikir olaraq deyirlər ermənilərlə ilə sülh içində yaşamağa hazırdılar. Lakin qarşılıqlı mədəni və dini irsimizə hörmət edərək. Prezidentimizin dediyi kimi əks halda onlar üçün heç yaxşı olmayacaq.

Ali Baş Komandanımız və onun ordusu yenilməzdir. Bu müharibədə təkcə ermənilər deyil, onların tərəfdaşlarıda bizim yenilməz olduğumuzu gördülər. İndi görünür ki, biz zəif olduğumuz üçün yox sadəcə müharibə istəmədiyimiz üçün sülh istəyirik.

Bu gün Azərbaycan xalqı öz Prezidenti cənab İlham Əliyevin arxasında dayanıb. Onun yönləndirdiyi istiqamətdə gedir və daim ayaqdadır. Hər zaman irəliyə doğru addımlayırıq qanımız, da canımız da bu millətə, vətənimizə fədadır.