Özbəkistanın inkişafına verilən dərin hörmət nümunəsi

Könül Hümmətova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 16 saylı uşaq poliklinikasının baş həkimi
IV Daşkənd Beynəlxalq İnvestisiya Formu çərçivəsində təşkil olunmuş “Azərbaycan-Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru” paneli sessiyasında bildirilib ki, Bakıda “Özbəkistan” Daşkənddə isə “Azərbaycan” parklarının salınması nəzərdə tutulub.
Parkın Ağ şəhərdə salınması planlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda “Özbəkistan” parkının təməl qoymasında iştirak ediblər.
Möhtəşəm parkın Özbəkistanın xəritəsi formasında inşa ediləcəyi qeyd edilib. Ərazi isə 5 hektar sahəni əhatə edəcək. Parkda elə bir mühit yaradılacaq ki, bu ərazidə Özbəkistanın milli mətbəxinin nümunələri öz əksini tapacaq. Burada Özbəkistan restoranları, ticarət zonaları, suvenir və hədiyyələr mağazası, zoopark, mehmanxana fəaliyyət göstərəcək.
Salınan əsrarəngiz park hər iki ölkə arasında mövcud olan qardaşlığın, dostluğun rəmzini bir daha sübut edəcək. Həmçinin bu Özbəkistanın inkişafına verilən dərin hörmətin nümunəsidir.
Bundan əlavə iki ölkəarasında nəqliyyat infrastrukturunun yaradılmasına da böyük əhəmiyyət verilir. Bu göstərilən diqqət münasibətlərin yüksək səviyyəyə çatmasına şərait yaradılır.
Ölkəarasındakı layihə təkcə Ağ şəhərdə salınacaq park deyil, həmçinin ikinci ən böyük layihələrdən də biri erməni işğalından sonra Xankəndi şəhərindəki tikiş fabrikidir. Bundan başqa ölkəmizə göstərilən diqqət və qayğı Özbəkistanın öz ölkəsində Azərbaycan səfirliyinin yeni binasının istifadəyə verilməsində özünü göstərir.
Həmçinin qeyd olunur ki, yaxın zamanlarda Azərbaycan nümayəndə heyətinin Daşkəndə səfər edəcəyi planlaşdırılır.