Ölkəmiz 2022-ci ilin üç ayı ərzində bütün sahələrdə inkişaf etmişdir
Aytac Cabbarova
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci il 12 aprel tarixində cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Müşavirədə çıxış zamanı Prezident İlham Əliyev bir çox vacib məsələlərə münasibətini bildirmişdir. Keçirilən müşavirə həm bu günə qədər əldə olunan nəticələrin, həm də perspektivlərin qiymətləndirilməsi cəhətdən çox əhəmiyyətli oldu.
Prezident İlham Əliyev keçən 2021-ci ildə əldə olunmuş nəticələri qiymətləndirərkən ölkəmizin həyatında çox əlamətdar bir il olduğunu vurğulamışdır. Həmçinin, dövlət başçısı ölkəmiz bu ilin üç ayı ərzində bütün sahələrdə inkişaf etdiyini qeyd etmişdir. Biz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start verdik, həm də beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirdik. Azərbaycan hər iki istiqamət üzrə məqsədlərinə nail olmuşdur.
Postmünaqişə dövrünün birinci ilinin nəticələri əsasında qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirilmiş, ölkəmizin dayanıqlı inkişafı təmin olunmuşdur. Biz ilk öncə, beynəlxalq təşkilatlarla əməkdaşlığımızı davam etdirmişik və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul etmişlər. Şuşa şəhərində Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Ümumiyyətlə BMT Azərbaycanın suverenliyini tam tanıyan bir təşkilatdır. Lakin qəbul edilmiş qərarlar Qarabağ münaqişəsinin həlli zamanında reallaşmış oldu.
BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Hazırda Qoşulmama Hərəkatı iki dövlətin qarşıdurmaya cəlb edilməsi, həmçinin beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən vacib sistemlərindən biridir. Əsas məqsədi müharibə dövründə dünyada sülh, təhlükəsizlik və inkişafı təşkil etməkdən ibarətdir. Qoşulmama Hərəkatı istər müharibədən əvvəl, istərsə də müharibədən sknra Azərbaycana dəstək olmuşdur. Digər böyük beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olması ilə respublikamızın beynəlxalq münasibətlərdə qarşısında yeni istiqamətlər ortaya çıxmışdır. İslam Əməkdaşlıq Təşkilatı Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı bizim mövqeyimizi nümayiş etdirən, Azərbaycan abidələrinin erməni vandalizmi tərəfindən dağılması ilə bağlı ədalətli qərar-qətnamələr qəbul etmişdir.
Azərbaycan Respublikası iki ölkə arasında əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. Ermənistan tərəfi bu təklifə müsbət şəkildə yanaşmışdır. Beləliklə, Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazi bütovlüyü qəbul edilir. 30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında olan telefon söhbəti məqbul hesab olunur. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir.
Həmçinin 3+3 əməkdaşlıq formatının işə düşməsi də sevindirici haldır. Azərbaycan Respublikası həm beynəlxalq təşkilatlarla, həm də qonşu ölkələrlə də sıx qarşılıqlı əlaqədədir. Azərbaycan istər regionda, istərsə də dünya miqyasında çox etibarlı tərəfdaşa çevrilmişdir. Bizim xarici siyasətimizlə bağlı bütün təşəbbüslərimiz sülhə, əmin-amanlığa, beynəlxalq əməkdaşlığa istiqamətlənib. Artıq bundan sonrakı zamanda Ermənistanın inkişafı da onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Bir daha sübut olundu ki, Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan inkişaf edə bilməz. Bu gün isə onlar bu şansdan düzgün yararlansalar, gələcəkdə tərəqqi əldə edə bilərlər.