Türkiyə-Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
Eyni dinə, dilə, oxşar mədəniyyətə və adət - ənənələrə malik olması hər iki ölkə arasında əlaqələrin inkişafına təkan verən və bu əlaqələrin əbədi olmasını təmin edən başlıca amillərdəndir. Bu baxımdan tarixi köklərə əsaslanan Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri daima dünya ölkələrinə bir nümunə olmuşdur. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji hədəflər istiqamətində atdığı mühüm addımlar nəticəsində iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətlərin yaranması ilə bərabər hər iki ölkə başçıları arasında imzalanan “Şuşa bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəlməsinə səbəb olmuşdur.
Tarixə nəzər salqsaq görərir ki. Türkiyə heç bir zaman Azərbaycanı öz haqq işində yalnız buraxmamışdır və daima sevincinə şərik, çətin anlarında isə Azərbaycanın yanında olmuşdur. Azərbaycanda ilk dəfə olaraq 26-29 may 2022-ci il tarixlərində “TEKNOFEST Azərbaycan” Festivalı keçirilmişdir. Bu festivalın keçirilməsi hər iki ölkə üçün dərin məna daşıyır. Belə ki, mayın 28 - də Müstəqillik Günündə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın festivalda çıxış edərək birgə hədəfləri, prioritetlərinin həyata keçirilməsində daima birlik-bərabərlik içərisində olacaqları yönündə mühüm açıqlamalar vermişdilər.
Türkiyə və Azərbaycan arasındakı münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki,Cənab Prezident “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı demişdir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu, bölgə üçün, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, güvən, sabitlik faktorudur. Türkiyə-Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Azərbaycan və Türkiyə istənilən qarşıda duran vəzifəni yerinə yetirməyə və öz milli qürurunu müdafiə etmək üçün hər zaman hər bir addıma hazırdır və buna qadirdir. Türkiyə-Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaqdır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” Festivalında səmimi olaraq çıxışı zamanı bildirmişdir ki, bölgədə yeni bir səhifə açmağın vaxtı çatmışdır. Bizim əsas hədəfimiz dayanıqlı sülhün təmin olunması üçün, etimadın və mehriban qonşuluq əlaqələrinin qurmaqla, regionda inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsinn təmin edilməsidir.” Bu o deməkdir ki, ortaq iqtisadi və geosiyasi layihələri həyata keçirməklə Türkiyə və Azərbaycan bölgədə söz və nüfuz sahibi olacaqdır. Nümunəvi, sabit, sürətli inkişaf edən bir bölgənin yaradılması hər iki ölkə üçün əsas prioritetlərdəndir. Bu yöndə apardığımız fəaliyyətlərə qarşı çıxaraq bizə mane olmaq istəyənlər öz məqsədlərinə nail ola bilməyəcəklər Çünki artıq regionun sabitliyə və təhlükəsizliyə, iqtisadi cəhətdən inkişafına ehtiyacı var. Bu yöndə fəaliyyətlər başlayıb və dayanan deyil. Bu, regionda sülhün və sabitliyin təmin olunması yönündə aparılan bir siyasətdir və bundan başqa bir alternativ yoxdur.
Bu il beş illiyini qeyd edən festivalın əsas məqsədi aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də mühəndislərimiz təfəindən hazırlanmış milli texnologiyaların geniş ictimaiyyətə təqdim edilməsidir. “TEKNOFEST” Azərbaycan Festivalının keçirilməsi Azərbaycanda və Türkiyədə milli texnologiyanı inkişaf etdirməklə yeni nailiyyətlərə, rekordlara imza atmaqla yanaşı, gənclərdə texnologiyaya qarşı maraq oyatmaq və gələcək üçün yeni texnologiya mühəndislərinin hazırlanmasında vacib olan gənc istedadların üzə çıxarılması üçün önəmli festivaldır.
Dörd gün ərzində keçirilən “TEKNOFEST Azərbaycan”ı festival çərçivəsində keçirilən səkkiz texnoloji yarış, üç beynəlxalq tədbirlərin qalib komandaların üzvləri Azərbaycan və Türkiyə prezidentləri və digər rəsmi qonaqlar tərəfindən təltif olunublar. Festivalda Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının nümunəvi çıxışları hər iki ölkə başçısı tərəfindən iftixar hissi ilə izlənilmişdir.
Bakıda 26-29 may tarixlərində keçirilən möhtəşəm “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı, şahinlərin Bakı səmasında Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən avia-şousu, texnoloji kəşflərin və yeniliklərin sərgisi olmaqla bərabər, həm də Azərbaycan və Türkiyənin dünyaya Bakıdan birgə verdikləri siyasi-hərbi mesaj idi.