Ölkənin Konstitusiya tarixinə nəzər

Ölkənin Konstitusiya tarixinə nəzər
Leyla Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin direktoru

Hər bir xalq yaratdığı dövlət qurluşunu müəyyən etmək üçün Konstitusiyasını qısa bir müddətdə hazırlayıb dövlət qurluşunu müəyyən edir. Buna görə bəzən Konstitusiyaya dövlətin pasportu da deyilir. Çox təəssüflər olsun ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun Konstitusiyasını hazırlayıb qəbul etmək mümkün olmadı. O şanlı günlər çox çətin bir zamanla eyni vaxtda həm siyasi , həm də hərbi, həm də diplomatik sahədə problemlər yubatmadan, bəzən isə təcili öz həllini tələb edirdi. Əsasən də ömrünün qısa olması dövlətin əsas sənədinin  hazırlanmasına aman vermədi.

Sovet hakimiyyəti illərində Azərbaycanın ilk Konstitusiyası qəbul olunsa da bu demək olar ki RSFSR-in Konstitusiyasının Azərbaycan dilinə tərcümə olunmuş variantı idi. Buna baxmayaraq Ulu Öndər Heydər Əliyevin hələ birinci hakimiyyəti dövründə 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR in sonuncu Konstitusiyası qəbul olunanda bir sıra əhəmiyyətli və miili dəyərlərə cavab verən dəyişikliklər öz əksini tapmışdır. Bunların ən əsasının Azərbaycan dilinin Dövlət dili qəbul olunmasını göstərmək olar.

XX əsrin sonlarında Azərbaycan yenidən özünün müstəqilliyini bərpa etdi. Yenə də çətin , qarmaqarışıq zaman. Ermənistanın Qarabağa təcavüzü, müstəqilliyin ilk günlərində yaranmış hakimiyyət boşluğu, idarəçilikdə zəiflik, beynəlxaq vəziyyət yenicə müstəqilliyini bərpa etmiş dövlətimiz qarşısında böyük problemlər yaratdı. Yalnız 1993 cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə ikinci gəlişindın sonra daxildə ictimai siyasi sabitliyə nail olmaq m2mkün oldu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi yaradılmışdır. Aparılan böyük hazırlıq işlərindən, müzakirələrdən sonra 1995-ci ilin 12 noyabrında Müstəqil Azərbaycan Respublikasının İlk Konstitusiyası Referendum yolu ilə qəbul olundu.

"1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın ümummilli Lideri Heydər Əliyev olmuşdur."

 Müasir meyillri nəzərə almaqla müasir dünyanın sivil dəyərlri və qanun yaradıcılığı təcrübəsinə , xalqımızın çoxəsirlik dövlətçilik ənənələrinə, milli və ümümbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün baza yaradılmışdır.

Konstitusiyanın qəbulu Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən vəbiridir.

"Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanunun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə ki, 2002- ci, və 2009- cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir. Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və idealoji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." Azərbaycan Respublikasının Prezidenti ilham Əliyev.

"Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir." - Ulu Öndər Heydər Əliyev.