Vətən müharibəsi şəhidi Rüfət Əsgərovun anım günü ehtiramla qeyd edilib
Anım günü ilə əlaqədar YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov tərəfindən şəhidin bulaq xatirə və muzey kompleksləri ziyarət edilmiş, orada şəhid Rüfət Əsgərova aid əşyalarla tanışlıq olmuşdur. Şəhidin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz minnətdarlığını ifadə edib.