YAP Suraxanı rayon təşkilatı və “Birlik” İctimai Birliyi tərəfindən aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları təqdim olunub

13.09.2025 – ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və “Birlik” ictimai birliyinin təşkilatçılığı ilə Suraxanı rayon sakinləri olan bir qrup aztəminatlı ailənin övladına 15 sentyabr- "Bilik Günü" münasibətilə məktəb ləvazimatları təqdim olunmuşdur. YAP Suraxanı rayon təşkilatının məsul əməkdaşı Fərəh Məcidzadə və “Birlik” İctimai Birliyinin sədri Cəlil Xudiyev məktəb ləvazimatlarını təqdim etmişlər.
Göstərilən diqqət və qayğıya görə aztəminatlı ailələr öz dərin minnətdarlıqlarını ifadə etmişlər.