Vəfa Əzizova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin müəllimi
Bakı 2015 ci ildən ənənəvi şəkildə keçirilən Cənub Qaz Dəhlizi məşvərət şurası çərçivəsində nazirlərin növbəti 9-cu toplantısında ev sahibi oaraq iştirak etdi. Bu görüş ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Həmçinin bu toplantı yaşıl enerji ilə bağlı ilk toplantıdır. Cənab Prezident İlham Əliyev 8-ci məşvərət şurasında çıxışında bildirirdi ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşuq. Bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdır. Lakin bu uğurlu oldu çünki biz səmimi, açıq və vicdanlı idik eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər. Lakin əməkdaşlığımızın ruhu planlaşdırdığımız hər şeyə kömək edəcək.
Bu gün Avrasiyada yaranan yeni qlobal prosesler Cənubi Qaz Dəhlizi kimi əhəmiyyətli iclasların əhəmiyyətini önə çıxarır. Cənub Qaz Dəhlizi Avropa üçün hazırki dövrdə olduqca böyük əhəmiyyətə malikdir. ACWA Power ölkəmiz üçün ən əsas investorlardan biri hesab olunur. Azərbaycanda yaşıl enerjinin inkişafı üçün potensial yüksəkdir. Əldə olunan enerjinin Avropaya nəqli və hətta digər Avropa ölkələrinə şaxələndirilməsi məşvərət şurasının iclasında əsas prioritetlərdən hesab olunurdu. Enerji layihələri ilə ölkəmizdə SOCAR və BP əməkdaşlıq qurmuş və bu əlaqələr 30 ilədək davam etdiriləcəkdir. Ölkəmizin yaşıl hidrogen enerji istehsalındakı mühüm rolu dövlətimizi Avropa üçün strateji tərəfdaşa çevirir. Həmçinin strateji tərəfdaşlarımız sırasına Rumıniya dövləti də qoşulub.
Prezident İlham Əliyev məşvərət iclasında vurğuladığı kimi hal-hazir ki, məqsədimiz Cənub Qaz Dəhlizininin genişləndirilməsidir. Hal hazırda TANAP 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın isə hal hazırda 10 milyard kubmetrdən 20 kub milyard kubmetrə genişləndirilməsini planlaşdırırıq. Cənab Prezident Ilham Əliyev məşvərət iclasında iştirakçılara 2022 ilin iyulunda enerji təhlükəsizliyi sahəsində Avropa komissiyasının rəhbəri Ursula Fon ilə imzalanmış sənədin əhəmiyyətini vurğulayaraq çatdırıb.
Azərbaycanın yaşıl enerji istehsalı sahəsində olan müqaviləsi ölkəmizlə Gürcüstan, Macarıstan, Rumuniya arasında imzalandı. Macarıstanın ölkəmizin qaz istehlakçıları sırasına qoşulması bir daha siyasi etibar və siyasi əməkdaşlığın nəticəsidir. Külək və günəş potensialı imkanlarından məşvərət iştirakçılarına bəhs edərkən Cənab Prezident konkret rəqəmlərlə yalnız dənizdə külək enerjisi potensialının 157 qiqavat, quruda külək və günəş enerjisi potensialının 27 qiqavat, Vətən Müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə 10 qiqavata yaxın olduğunu bildirir. Həmçinin dövlətimizin səmərəli layihələrdə uğurla iştirakı və siyası mövqeyi bu məşvərət iclasının Bakıda təşkil olunmasında mühüm rol oynamışdır.