Prezidentin ətrafında sıx birləşərək, niyyətləri xaos yaratmaq olanların dəyirmanına su tökülməsinə izn verməməliyik

Prezidentin ətrafında sıx birləşərək, niyyətləri xaos yaratmaq olanların dəyirmanına su tökülməsinə izn verməməliyik

Vaqif Qurbanov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert

Müharibə meydanı, millətlərin bütün gücü ilə, elm və texnologiya sahəsində əldə etdikləri naliyyətləri, əxlaqi və mədəni dəyərləri ilə qısaca olaraq maddi və mənəvi qüdrəti ilə mübarizə apardığı bir imtahan sahəsidir. Vətənpərvər və qətiyyətli bir komandanın əmrində olan bir ordu, müharibədə daima qələbə çalmağa qadir olan ordudur.  44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Bu müharibədə Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətliliyi, vətənpərvərliyi və yüksək idarəçilik qabiliyyətinin olması ilə ordumuz tarixi zəfər qazanaraq, doğma torpaqlarımız işğaldan azad olundu.

İşğalçı Ermənistanın biabırcasına məğlubiyyəti ilə Vətən müharibəsində əldə olunan Şanlı Zəfər, dövlətçilik və müstəqilliyimiz naminə Müzəffər Ali baş Komandan İlham Əliyev və qəhraman ordumuz tərəfindən yazılan şərəfli bir tarixdir.

44 günlük Zəfər yolu gələcək nəsilə öyrədiləcək şanlı tarix, dostlarımız üçün fəxarət, düşmənlərimiz üçün isə ömürlük göz dağıdır. Azərbaycan Ordusu, milli birliyin və dövlətin varlığını təcəssüm etdirən ən bariz nümunəsidir. Ordunun əsas vəzifəsi dövlətin ərazi bötövlüyünü qorumaq və onun müdafiəsini təmin etməkdir. Ordunu təşkil edən onun zabit, gizir, çavuş və əsgərləridir.  

Ulu Öndər Heydər Əliyev hakimiyyət illərində ordu quruculuğu ilə aparılan işləri daima diqqət mərkəzində saxlamışdır. O öz çıxışı zamanı “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”, “Orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir” deyərək ordu quruculuğunun nə qədər əhəmiyyətli bir məsəslə olduğunu ictimaiyyətə çatırmaq istəmişdir.

Peşəkar hərbi kadrların olması, maddi-texniki təminatı və müasir silahlarla  silahlandırılması,  mənəvi-psixoloji vəziyətin yüksəldilməsi üçün şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması Ordunun daima yüksək döyüş hazırlığı vəziyyətində saxlanılması üçün əsas amilərdəndir.

Ulu Öndər Heydər Əliyevin siyasi davamcısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, çöl və stasionar şəraitdə yerləşən hərbi hissələrin maddi-texniki təminatının gücləndirilməsi və müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində fəaliyətlər davam etdirilir. Belə ki, Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət büdcəsi vəsaiti hesabına mənzillə təmin olunması onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən fəaliyyətlərdəndir.

Şəhid ailələrini, qaziləri daima diqqət mərkəzində saxlayan cənab Prezident İlham Əliyev Göygöl, Lerik və Masallı rayonlarına yeni təyin olunmuş icra başçıları ilə görüş zamanı öz çıxışında bildirmişdir ki, bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi.

Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir.

Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar.

Cənab Prezident İlham Əliyevin göstərişi ilə müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarının genişmiqyaslı və çevik sosial dəstək tədbirləri ilə əhatə olunması üçün görülən tədbirlərə görə dövlət başçısına xalqımız öz minnətdarlıqlarını ifadə ediblər.  Gücünü xalqdan alan cənab Preziden İlham Əliyev güclü bir Lider, xalqla daima vəhdət təşkil edən şanlı ordumuz qəhrəman bir ordudur.

 Biz tarixin hər səhifəsində qəhrəmanlıqları ilə şanlı tarix yazan bir millətin övladlarıyıq. Güclü Azərbaycan naminə, gözəl gələcək naminə. Prezidentin ətrafında sıx birləşərək, niyyətləri xaos yaratmaq olanların dəyirmanına su tökülməsinə izn verməməliyik

Azərbaycan dövlətinə Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi müddətdə heç vaxt, dövlət – xalq birliyini heç bir qüvvə poza bilməz”. Çünki xalq öz Prezidentini sevir və onu dəstəkləyir.