Azərbaycan xalqı artıq tarixdə qalib xalq kimi qalacaqdır

“Buta” körpələr evi və uşaq bağçasının müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət xalqımız isə məğrur xalq kimi tanınır. Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı. Ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təziqlərə və təhdidlərə sinə gərməyi bacardı.
Prezident İlham Əliyev prinsipiallıq yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi. Məqsədyönlü ardıcıl siyasət aparması bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Xalqımızın bu tarixi heç vaxt unudulmayacaq qələbəsidir. Bu, haqqın ədalətin zəfəridir. Bu, Prezidentlə xalqın ordunun birliyinin təntənəsidir. Azərbaycan xalqı bu zəfərlə, qələbə ilə fəxr edir.
Qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı qalib və qürurlu xalq kimi tanınır . Dünya mətbuatı və xalqları Azərbaycanı XXI əsrin müharibəsini qələbə ilə yekunlaşdıran xalq kimi tanıyır. Bütün bunlar ölkəmizin mövqeyini daha da möhkəmləndirir reytinqini yüksəldir.