Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi

Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi
Leyla Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin direktoru

Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilmişdi. Mərasimdə Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxış etmişdir. Çıxışda İlham Əliyev bu il uğur qazanmış idmançılarımızı təbrik etmiş, 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu qeyd etmişdi.Azərbaycan idmançıları bu il ərzində ölkəmizi ləyaqətlə təmsil etmiş, 1700-ə yaxın medal  qazanılmışdı. Bu onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir,yeni nəsil idmançılar yetişir.

Əlbəttə ki, bu ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi. Bütövlükdə iki yüzdən artıq komanda iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi.

İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. Xüsusilə, gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Gənc nəslin tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq, fiziki hazırlıq vacibdir.Fiziki güc mənəvi saflığa da yol açır. Azərbaycan gənci məhz belə olmalıdır-vətənpərvər, fiziki cəhətdən güclü,mənəvi cəhətdən saf, öz xalqına və dövlətinə bağlıdır.

Bizim bundan sonrakı fəaliyyətimiz idmanın inkişafı ilə bağlı olacaq. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə xüsusilə Qarabağ bölgəsində. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub.

Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək,bu da MDB oyunlarıdır. Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Biz ilin sonunda,ya da ki,hər ilin əvvəlində idmançılarımızı təltif edirik.Bu proses artıq 27 ildir ki,davam edir.Bu təltiflər tamamilə əsaslıdır. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və ədalətlidir.

Hər yerdə ədalət olmalıdır-beynəlxalq münasibətlərdə, ailədə, hər bir cəmiyyətdə. Biz tarixi ədaləti,ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik. Artıq 30 ilə yaxındır ki,Azərbaycan sabitlik şəraitində yaşayır. Bizim idmançılarımız müntəzəm olaraq Qarabağa səfərlər edirlər. Artıq orada 10 min insan məskunlaşıb. Onların böyük hissəsi uşaqlar və gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə ora qayıdırlar. Əlbəttə ki, idmançılarımızın ora səfərləri gənclər və uşaqlar üçün də böyük hadisə olacaq.

Sonda Azərbaycan idmanının inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi oldu.