“Müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirilmişdir

“Müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirilmişdir

16 oktyabr 2026-cı il tarixdə Suraxanı Tibb Mərkəzində "18 oktyabr - Müstəqilliyin Bərpası günü"nə həsr olunmuş “Müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Tibb Mərkəzinin inzibati məsələlər üzrə direktor müavini Ceyhun Talıbov və tibb işçiləri iştirak etmişlər.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri girş gözü ilə açan Ceyhun Talıbov iştirakçıları salamlayaraq bildirmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək bütün dünyaya Azərbaycanın demokratik və dünyəvi dövlət olduğunu bəyan etdi. 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi.

Qələndərova Şəbnəm çıxış edərək dedi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində baş verən hadisələrə nəzər salsaq, görərik ki, ilk illərdə ölkəmiz xeyli çətinliklərlə üzləşib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi, ölkə inkişaf etdi, iqtisadi gücümüz artdı.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov "18 oktyabr - Müstəqilliyin Bərpası günü" münasibəti ilə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini görüş iştirakçılarına çatdırdı. Salman Əbdülov bildirdi ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Sonda "18 oktyabr - Müstəqilliyin Bərpası günü"nə həsr olunmuş videorolik nümayiş etdirilmişdir.

Paylaş