“Milli Qurtuluş Günü - Azərbaycan Dövlətçilik Tarixinin Şanlı Səhifəsidir” adlı tədbir keçirilmişdir.

“Milli Qurtuluş Günü - Azərbaycan Dövlətçilik Tarixinin Şanlı Səhifəsidir” adlı tədbir keçirilmişdir.

11 iyun 2024-cü il tarixdə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Milli Qurtuluş Günü -Azərbaycan Dövlətçilik Tarixinin Şanlı Səhifəsidir” adlı tədbir keçirilmişdir. Tədbirdə Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Mətanət Zeynalova, YAP Suraxanı rayon təşkilatının məsul əməkdaşları Ənvər Haqverdiyev, Fərəh Məcidzadə və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş video-çarx nümayiş olunmuşdur.

Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova çıxış edərək dedi ki, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Bakıdan tez göylərə çəkilməsi, milli dövlət atributlarına sahib çıxılması, Bakının əvəzinə Naxçıvanın Bakıya tövsiyyələr verməsi artıq Ulu Öndər Heydər Əliyevin paytaxtdan kənarda da olsa, xalqın təkidli tələbi olduğuna işarə idi.

Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Mətanət Zeynalova öz çıxışında vurğuladı ki, bər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini qoruyub saxlayan, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi məsuliyyətli missiyanı özündə daşıyan, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyan, inkişaf etdirən lider kimi xalqımızın qəlbində hər zaman yaşayacaqdır. RİH-nin rəsmisi onu da bildirdi ki, Heydər Əliyev siyasi uzaqgörənliyinin zirvəsi - Onun özündən sonra siyasi kursunu ən yaxşı şəkildə davam etdirərək, Azərbaycanın müstəqilliyini daima qoruya biləcək, dövlətimizin inkişafını ən gözəl şəkildə təmin edəcək yeni dövrün Lideri – cənab İlham Əliyevi  yetişdirməsi olmuşdur.

YAP Suraxanı rayon təşkilatının məsul əməkdaşı Ənvər Haqverdiyev xüsusi vurğuladı ki, hər bir xalq öz tarixində müxtəlif zamanlarda fərqli siyasi dövrlərdən keçir. Xalqın əzmi, vəziyyəti doğru qiymətləndirməyi, hadisələrə baxışı o xalqın sonrakı dövrdə inkişafına birbaşa təsir edən amildir. YAP-ın nümayəndəsi onu da qeyd etmişdir ki, vətənpərvərlik təkcə vətəni sevmək deyil. Bu, daha dərin bir hadisədir. Bu, özünün vətəndən ayrılmaz olduğunu dərk etmək və xoşbəxt və çətin günlərini onunla birgə yaşamaqdır. Bəli, o zamankı hakimiyyətdə təmsil olunanların Gəncəyə getməyə çəkindikləri bir vaxtda Ümummilli Liderin xalqına bağlığını bir daha nümayiş etdirməsi və onun xilasını təşkil etməsi vətənpərvərliyin nə qədər böyük və dərin hadisə olduğunu bir daha nümayiş etdirdi.

Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş bir neçə şəxsə partiya vəsiqələri təqdim olunmuşdur.