Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühim tərkib hissəsindən biridir
Kainat isayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı Rayonu 285 nömrəli tam orta məktəbin müəllimi
Bəşər tarixində, xalqların tarixində ideyalar və ideologiyalar həmişə böyük rol oynamışlar. İdeyaların meydana gəlməsi tarixi qədimdir və onlar insanları ilahi qüvvə kimi əzmkar fəaliyyətə kökləməkdədirlər. Milli ideya axtarışları bütün dövrlərdə Azərbaycan ictimai-fəlsəfi fikrini düşündürən məsələlərdən olmuşdur.İdeyasız nə təfəkkür prosesini, nə də praktikada onun fikri məhsullarını təsəvvür etmək mümkün deyildir. Hər bir xalqın milli özünəməxsusluğunun inkişafında milli ideyanın xüsusi rolu vardır. Xüsusən indiki dövrdə, xalqların və millətlərin özünəməxsusluğuna real təhlükələrin artdığı qloballaşma dövründə milli ideya müxtəlif cəmiyyətlərdə qrumlarda qorunub saxlanmasının dayaq nöqtəsinə çevrilməkdədir. Ümumiyyətlə, milli ideyası olmayan xalqın nəinki inkişaf perspektivlerindən, hətta bugünkü mövcudluğu barəsində danışmaq qeyri-mümkündür. Milli ideya, həm də millətin birliyini və bütövlüyünü təmin etməklə, ona strateji hədəflərinə çatmaqda mühüm vasitədir.
Dövlətin dayanıqlı inkişafının mühim amillərindən biri birləşdirici milli ideyanın varlığı və onun vətəndaşlar tərəfindən dərkidir. Əlbəttə, inkişafın strateji xətti, prioritetleri daima dəyişilir. Çünki, "millət" dinamik tarazlıq halında qərarlaşmış, zaman-zaman bir-birini əvəz eden dəyərlər fonunda yalnız sarsılmayan, xalqın qanına və canına hopmuş prioritetləri qoruyub saxlayır.
Son dövrlərdə ölkəmizdə Azərbaycançılıq ideologiyasının nəzəri əsaslarının öyrənilməsi istiqamətində mühüm addımlar atılmış, milli ideologiyanın müxtəlif aspektlərinə həsr edilmiş bir sıra sanballı əsərlər yazılmışdır. Azərbaycançılıq ideologiyasının təşəkkül tapmasının tarixi-coğrafi, etnik-milli ve mənəvi-mədəni şərtləri, təkamül mərhələləri, ideologiyasının nəzəri və əməli inkişafında rolu və xidmətləri, İlham Əliyevin dövlətçilik Heyder Əliyevin Azərbaycançılıq fəaliyyətində Azərbaycançılığın inkişafı və digər məsələlər çox böyük əhəmiyyətə malikdir.
Heydər Əliyev Azərbaycançılığın əsas prinsipləri barədə yazırdı ki, "bizi azərbaycanlıları birləşdirən milli dəyərlərimizdir, mənəvi ədəbiyyatımız, mədəniyyətimizdir. İncəsənətimiz, musiqimiz, şeirlərimiz, mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli mahnılarımız, xalqımıza mənsub olan adət- ənənələrdir. Insan hansi ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın... Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq İdeyasıdır. Biz həmişə bu ideya ətrafındabirləşməliyik".
Heydər Əliyevin dövlətçilik və idarəetmə fəlsəfəsinin elmi-nəzəri ideyaları insanlarımızı daim yaşamağa, real vəziyyət barədə düşünməyə, milli quruculuq sahəsində bütün sağlam potensialından maksimum və yaradıcı İstifadə etməyə ruhlandırır. "Tarix milli mənliyimizi və quruculuğumuzu yenidən sınağa çəkir" - Ulu öndərin bu mülahizəsi bütün zamanlar üçün aktuallığını saxlamaqdadır, buna görə də siyasi sayıqlığı və milli şərəf hissini millətin inkişafı naminə daim sarsılmaz iradəmizin keyfiyyətləri kimi təkmilləşdirməli, saflaşdırmalı, milli mentalitetimizin ayrılmaz dəyərləri kimi uca tutmalıyıq. Sevindirici faktdır ki, Heydər Əliyevin "Əzəmət və qüdrətinə, namus və qeyrətinə arxalandığım və güvəndiyim Azərbaycan övladları" bu gün milli təfəkkürümüzün, şərəf və ləyaqətimizin siyasi-mənəvi qaynağına çevrilmişdir. 30 ildən çox bir müddətdə işğal olunmuş ərazimiz "güvəndiyimiz Azərbaycan övladları" tərəfindən 44 gün müddətində azad edildi. Heydər Əliyevin fəlsəfəsində "vətən amalı" anlayışının strukturunda vətənə xidmət prinsipi mühüm yer tutur.
Hər bir xalqın yaşadığı torpaq onun ruhi beşiyidir, çünki vətən hissi, millətin mənəvi-əxlaqi dəyərləri məhz bu etnik məkanda formalaşır. Heydər Əliyevin çıxış və nitqləri ilə dərindən tanışlıq belə bir güclü əqidəyə əminlik yaradır ki, insanların öz doğma etnik beşiyinə ülvi məhəbbəti, öz doğma diyarına bağlılığı, xalqın ənənələrinə və adətlərinə dərin ehtiramı sosial fenomen kimi hazırda müstəqil Azərbaycanın vətəndaşlarının yeni mental keyfiyyətlərinə çevrilməkdədir.
Xalqımızın həyat təcrübəsində mərdlik, cəsarət, ləyaqət, ulu babaların ənənə və adətləri, xeyirxahlıq və əməksevərliyi həmişə yüksək qiymətləndirilib. Abbas Səhhətin "Vətənim verdi mənə namü- nəmək, Vətəni məncə unutmaq nə demək" sözləri həmişə azərbaycanlıların Vətən məhəbbəti amalını Şüurlarında milli mentalitetin xüsusiyyəti kimi həkk etdirib. Görkəmli şair və yazıçılar etiraf etmişlər ki, onların poeziyası, obrazlı düşüncələri, həyat müdrikliyinin mənbəyi olan xalq zərbi məsəllərindən, xalq mahnılarından başlayır, çünki bunlar Vətəni vəsf edən, Vətən məhəbbətini əbədiləşdirən qaynaqlardır.
"Bizim tariximiz bizə ibrət dərsi verməlidir". Ulu öndərin bu ibrətamiz fikri tarixi yaddaşımıza yazılanları, haqq olunanları dərindən öyrənməyə böyük stimuldur. Həqiqətən də tarixi unutqanlıq millətin ruhunu öldürür, onun mənlik şüuruna, mənəviyyatına ziyan vurur. Heydər Əliyevin vətən amalı təliminin mühüm struktur elementlərindən biri Vətənin taleyi üçün məsuliyyət hissidir. O, xalqının ağır vəziyyətində məsuliyyət hissinin artırılmasını Vətənə dönməz sədaqətin təzahürü sayır. Dünyada müstəqil dövlət kimi tanınmış Azərbaycanın suverenliyinin təhlükə altında olmasını xalqın düşüncəsinə xüsusilə çatdıraraq ölkə prezidenti Bakıda ümumi respublika müşavirəsindəki çıxışında (avqust 1993) demişdir: "Biz, böyük imtahan içindəyik və bu imtahandan ləyaqətlə çıxmalıyıq. Hər bir azərbaycanlı, əgər onun qəlbində doğrudan da Azərbaycanlı hissiyyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə həm ahəng vurursa, bu yolla getməlidir". Həqiqətən də, vətən amalı, hər şeydən əvvəl, vətən üçün faydalı və vicdanlı iş görmək deməkdir.
Milli ideyalara yiyələnmiş xalq milli liderlərin ətrafında sıx birləşəndə Azərbaycançılığın mühüm tərkib hissəsi olan həmrəylik fenomeni reallığa çevrilir. Xalq milli ideyanı dərk edəndə onun rolu daha da artır və yalnız o halda milli ideya dönməz olur. Azərbaycançılıq, bu gün Azərbayacan dövlətinin siyasətində hakim ideya, bir siyasi kimi çıxış edir. Məhz ümummilli lider Heydər Əliyevin önəmli siyasi ideyaları sayəsində Azərbaycançılıq İnkişaf edərək artıq siyasi ideologiya səviyyəsinə yüksəlmiş, dünya azərbaycanlılarının amalına və məsləkinə çevrilmişdir.
Ulu Öndərin bütövlükdə milli inkişaf konsepsiyasının aparıcı elementi olan Azərbaycançılıq ideologiyası, həm ölkəmizdə, hem xaricdə yaşayan soydaşlarımızı həmrəyliyə səsləyən milli dəyərdir. "Bütün Azərbaycanlıların indi dünyada bir vətəni var. O da Azərbaycan Respublikasıdır. Bir dövlətimiz var. Bu müstəqil Azərbaycan Respublikasıdır. Gəlin, hamımız bu dövlətin, bu vətənin ətrafında birləşək". "Sizin ən öndə vəzifəniz vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Hər bir gənc bunu heç vaxt unutmamalıdır. Nə olursa- olsun vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tapmağa imkan verəcəkdir".
Beləliklə, sonda biz alman filosofu Maks Veberin bir ifadəsini xatırlatmaq istərdik: "Biz ona görə insanıq ki, dünyaya, ətrafımıza insani məna kəsb etdirmək qabiliyyətinə, İradəsinə malikik". "Biz" bu gün qətiyyətlə deyə bilərik Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" ideyası nəinki milli manifest kimi səslənir, həm də Azərbaycançılıq konsepsiyası xalqımızın müstəqilliyini, milli varlığını, mənəvi ləyaqətini mənalandırır, gələcəyini nurlandırır. Məhz buna görə də Heydər Əliyev irsi Azərbaycan xalqının misilsiz, əvəzolunmaz milli sərvəti olmaqla Azərbaycanın modern inkişaf strategiyasının nəzəri mənbəyini təşkil edir.