2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsi həmin ümidləri reallığa çevirdi

27 Sentyabr Azərbaycan xalqı üçün xüsusi bir gündür. Bu gün şəhidlərimizin anım günüdür.Biz bu gün həm kədər, həm də qürur hissi duyuruq. Çünki bu gün şəhidlərimiz, Vətən uğrunda canını fəda etmişdir. Onların müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaq.
Azərbaycan tarixində Birinci Qarabağ müharibəsində xalqımız böyük faciələrlə üzləşdi. Ermənilərin əsassız iddiaları, ifrat millətçilik üzərində qurulmuş siyasəti, “dənizdən dənizə Ermənistan” kimi sərsəm ideyaları nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdir. Minlərlə soydaşımız şəhid oldu, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin salındı. L
2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsi həmin ümidləri reallığa çevirdi. 44 gün davam edən bu müharibə Azərbaycan xalqının birliyini, gücünü, iradəsini bütün dünyaya göstərdi. Qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin qanı hesabına torpaqlarımız işğaldan azad edildi.
Bu qələbənin əldə olunmasında xalq-ordu birliyi həlledici rol oynadı. Xalqımız Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Onun qətiyyəti, siyasi iradəsi və beynəlxalq aləmdə apardığı uğurlu diplomatiya Ordumuzun zəfərini daha da möhkəmləndirdi.
Ancaq bu Qələbənin əsas müəllifləri şəhidlərimiz və qazilərimizdir. Prezidentin sözləri ilə desək: “Onların qanı yerdə qalmadı! Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.”
Bu gün torpaqlarımız azaddırsa, doğma yurdlarımıza qayıdırıqsa, bunun üçün şəhidlərimizə borcluyuq. Onların hər biri Azərbaycanın müstəqilliyi, azadlığı və gələcəyi uğrunda ölümsüzlüyə qovuşdu.
27 Sentyabr yalnız kədər günü deyil, həm də qürur günüdür. Çünki biz bu gün həm şəhidlərimizi anır, həm də onların qanı bahasına qazanılan böyük Qələbəni xatırlayırıq. Azərbaycan xalqı bir daha sübut etdi ki, öz haqqını qorumaq üçün heç bir qüvvə onu yolundan döndərə bilməz.
Bu gün azad Qarabağda üçrəngli bayrağımız dalğalanır, əzəli torpaqlarımıza həyat qayıdırsa, bu həm igid Ordumuzun, şəhidlərimizin, həm də xalq-Prezident birliyinin nəticəsidir.
Əziz dostlar, Anım Günü bizim tariximizin ən müqəddəs günlərindən biridir. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ordumuz!
Qarabağ Azərbaycandır!