Anım günündə bütün şəhidlərimizin xatirəsi qarşısında birdaha baş əyirik

Günay Mehraliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ Doğum Evinin mama ginekoloqu
Anım günü –Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması- Anım günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir.
Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı ,onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bu qələbəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, parlaq siyasətinə, əzimkarlığına,vətənpərvərliyinə, qəhrəman əsgər və zabitlərimizin canı, qanı bahasına Vətənimizə, xalqımıza, millətimizə, torpağımıza,namusumuza, qeyrətimizə sahib çıxmağına borcluyuq. Onların qəhrəmanlığı, fədəkarlığı nəticəsində biz torpaqlarımıza qayıtdıq.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Anım günü dərin ehtiramın ifadəsidir. Anım günündə bütün şəhidlərimizin xatirəsi qarşısında birdaha baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən müharibəsi sizlərin sayəsində Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.
Qarabağ türk torpağıdır, yenə elə qalacaqdır,
Qarabağa göz dikənlər başlarından olacaqdır,
Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır,
Qarabağ Azərbaycandır, gerisi cəfəngiyatdır!
Şəhidlərim, qazilərim, Qarabağ artıq azaddır!
: