ƏBƏDİYAŞAR ŞƏXSİYYƏT ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

ƏBƏDİYAŞAR ŞƏXSİYYƏT ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
Arzu Məmmədova
YAP Suraxanı rayonu təşkilatının fəal üzvü
Suraxanı Rayonu 226 nömrəli tam orta məktəbin direktoru

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev də zamanında Azərbaycana bəxş olunan tarixi şəxsiyyət idi. Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada tanınmışdır. Dünyanın aparıcı dövlətlərinin başçıları Ulu öndərin dərin zəkasına yaxlndan bələd idilər. Çünki Heydər Əliyev dünya miqyaslı siyasətçilər siyahısında ön cərgədə dayanırdı. Azərbaycan xalqının Ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi               

Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi illərdə mühum işlər görmüşdür. Məlumdur ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilərkən ölkənin iqtisadi inkişaf çox geridə idi. Məhz 1969-cu ildən sonra Ulu öndərin həyata keçirdiyi islahatlar dövlətimizi dinamik inkişaf yoluna çıxartdı. Xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyev 1969-cu ildən başlayaraq çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan verdi. Belə ki, Ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamız iqtisadiyyatına, sənayesinə, təbii sərvətlərinə görə tanındı, ölkənin nüfuzu yüksəldi.                      

Məlumdur ki, Heydər Əliyev 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlir. O, törədilən qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edir. Bu hadisə o zaman cəsarətli addım idi. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Ötən əsrin 90-cı illərində Azərbaycanda gərgin vəziyyət, xaos yaranmışdı. Azərbaycan Qarabağda erməni faşistlərinə qarşı döyüşməklə bərabər, daxildə vətəndaş müharibəsi ilə üz-üzə idi. Ümummilli Yeni Azərbaycan Partiyasını yaratmaqla böyük siyasətə qayıtdı                                                                                  

Belə ağır vəziyyətdə xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.       

Heydər Əliyevin müdrikliyi sayəsində ölkəmzdə vətəndaş müharibəsinin qarşısı alındı. Eyni zamanda silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan güclü ordu yaradıldı. Ulu öndər Heydər Əliyevin siyasi nüfuzu sayəsində atəşkəs də əldə olundu.                             

1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərarın böyük əksəriyyəti məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunub. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən çox qanun qəbul edilib. Ancaq o zaman torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri hələ də öz həllini gözləyirdi. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan bu problemlərlə ciddi məşğul olurdu. Ulu Öndər Heydər Əliyev demişdir:“İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”. Ulu öndər Heydər Əliyev dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi ilə seçilib. Ulu öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində yaranan YAP 30 il ərzində ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilib.

Bu gün sevinirik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın memarı Heydər Əliyevin layiqli davamçısıdır. O, ölkəmizin ictimai-siyasi, mədəni həyatında yüksəlişin müəllifi, həm də tarixi torpaqlarımızı erməni əsirliyindən azad edən Ali Baş Komandandır. İnanırıq ki, ulu öndər Heydər Əliyevin böyük ideyalarını ardıcıllıqla və dönmədən, uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı da sürətlə inkişaf etdirəcəkdir.                                    

İllər, qərinələr keçəcək xalqımızın böyük məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında da qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır