Azərbaycan tək deyil, Türkiyə onun yanındadır

Azərbaycan tək deyil, Türkiyə onun yanındadır

Ruzilə Möhbalıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon təşkilatı 208 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini

5-ci ildönümü Azərbaycanda keçirilən Aerokosmik və texnologiya festivalı zamanı Prezident cənab İlham Əliyev çıxışına 104 il əvvəl qurulan və iki ildən sonra süqut edən müsəlman aləmində ilk dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini xatırlamaqla başlamışdır. O,  1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən və 30 ildir azad yaşayan Azərbaycanın hər daim yanında olan qardaş ölkə Türkiyənin dəstəyini vurğulamışdır. Həm yaxşı günlərdə, həm də pis günlərdə bir-birinin yanında olan bu iki dövlətin  əsas yol istiqaməti qardaşlığı və birliyidir. Azərbaycana  İkinci Qarabağ Müharibəsi zamanı ruh, inam və güc verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ``Azərbaycan tək deyil, Türkiyə onun yanındadır.`` sözlərini xalqımız unutmayacaq.

Həm Bakının, həm də Qarabağın erməni işğalından sonra Azadlıq meydanında iki qardaş ölkənin əsgərlərinin çiyin-çiyinə hərbi paradda iştirakı kimi tarixdə iz qoyan hadisələr  birliyimizi və gündən-günə artan gücümüzü dünyaya göstərib. Bu gün müttəfiqliyin sözdə olmamasının bir çox sübutu vardır. Onlardan biri də, Şuşa Bəyannaməsidir ki,  məhz bu bəyannamə ilə siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat əlaqələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə və həmçinin ordu quruculuğunda qarşılıqlı münasibətlər öz zirvəsinə ucaldı. Dünya miqyasında  güc mərkəzinə çevrilən hər iki dövlət bir-birinə güc qataraq  yalnız yüksələn xətlə irəliyə gedir.

Prezident dövlətimizin və xalqımızın milli maraqlarının müdafiə olunması və müstəqil siyasət aparılmasının dövlət siyasətinin öncəlikləri olduğunu bildirib. Türk dünyasının böyük oğullarından olan dünyaşöhrətli alim Əziz Səncər və ``Teknofest``in yaradıcısı və məşhur ``Bayraktar`` PUA-larının ixtiraçısı Səlçuk Bayraktarın Azərbaycana gəlişi xalqımız tərəfindən yüksək qiymətləndirilir və həm türkçü, həm vətənpərvər olan bu şəxslər gənclərə nümunədir. Bü gun Xəzər dənizi sahilləri üzərində öz gücünü bütün dünyaya göstərən Türkiyə pilotları-ulduzları bizim üçün qürurvericidir.

Türkiyə Prezidenti festival zamanı Azərbaycanının kədərinin öz kədərləri, sevincinin öz sevincləri olduğunu demişdir. O, həmçinin, sarsılmaz biriliyin gücünü, bir ananın iki övladı olduğumuzu, tarix boyu bir addımladığımızı, haqsızlığa və ədalətsizliyə səsini ucaldan, bütün gücü ilə mübarizə aparan millət olduğumuzu qeyd etmişdir. Zəfərə imza atan 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarətin bir araya gəlməsinin nümunəsidir. Qardaş ölkə və müttəfik olaraq Türkiyənin hədəfi yeni bir səhvə açmaqla dayanıqlı sülhü təmin etmək, mehriban qonşuluq əlaqələrini qurmaq  və inkişafı sürətləndirməkdir. Onlar, Türkiyəyə dönüş zamanı Şuşadan, Bakıdan, Qarabağdan Can Azərbaycanın havasını gətirdiklərini və ürəklərinin bir yarısının Şuşada, digər bir yarısının Bakıda qaldığını söyləmişdirlər.