Qənirə Abdullazadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi
Ölkə başçımızın rəhbərliyi ilə dövlətimizin böyük işlərə imza atdığı və bu sahədə qazandığı nailiyyətlərdən biri də onun xarici siyasətidir. Azərbaycanın dəqiq hesablanmış və düzgün qurulmuş xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq ölkələrlə qarşılıqlı anlaşma, hörmət, demokratik prinsiplər üzərində daim inkişaf edir. Məhz bu effektli siyasət, o cümlədən ədalətli mövqe, qətiyyətli addımlar dövlətimizi dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanıdıb, regional liderliyini daha da möhkəmləndirib və qlobal aləmdə əsas aparıcı aktora çevirib.
Bu xüsusda qazanılan uğurlara Azərbaycanın ŞƏT-in Zirvə toplantısına təkrar dəvətini də qeyd etmək Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT+” formatında keçirilmiş bu görüşdə iştirakı və çıxışı ilə yenə də dünyaya ciddi mesajlar verdi, bir sıra mühüm əhəmiyyətli məqamları diqqətə çatdırdı.
Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
Atılan addımlar və qazanılan bu yeni uğurlara baxdıqda bir daha əmin oluruq ki, bütün bunlar Azərbaycan üçün faydalı olacaq, ölkələrarası əməkdaşlığı daha da gücləndirəcək, beynəlxalq və regional problemlərin həllinə ciddi kömək göstərəcək.