Laçınım – Vətənim mənim
Dilarə Seyidova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 97 nömrəli məktəbin Uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı
Azərbaycanın ən qədim insan məsgənlərindən hesab olunan Laçın rayonu şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisindəki IX-XVII, X-XIX əsrlərə aid tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən burada türksoylu tayfaların yaşadığını təsdiqləyir. Əvvəllər Abadlar adlandırılan bu ərazi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1923-cü ildə Laçın adlandırılıb. XX əsr Azərbaycanın görkəmli yazıçısı Tağı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. 1930- cu ildə müstəqil inzibati rayon yaradılıb. Laçın sözü “məğrurluq” mənasını ifadə edir.
Uzunömürlü insanların yaşadığı diyar kimi tanınan Laçın və ətraf ərazilər təkcə yerüstü və yeraltı sərvətləri ilə deyil, eyni zamanda strateji əhəmiyyəti ilə də düşmənin hədəfində idi. Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində rayonun əhalisi etnik təmizlənməyə məruz qaldı, 77 mindən çox Laçın sakini məcburi köçkün halında vətənimizin müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qaldı , rayonun təsərrüfatı dağıdıldı, dövlət və özəl mülkiyyət talandı, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıdı. 30 ilə yaxın düşmən tapdağı altında qalıb , viran olan Laçının insanlarının sanki ömrü qısaldı, torpaq həsrətindən beli büküldü, gəncindən ahılına kimi hərkəsin gözlərinin dərinliklərində yarım qalmış sevginin nisgili, acısı açıq-aydın görünürdü. Lakin İlahi ədalət, xeyrin şər üzərində qələbsi kimi Azərbaycan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə qələbə ilə bitirdi. 4 rayonumuz-Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi hərbi yolla işğaldan azad edildi. Bu tarixi qələbə xalqın öz rəhbəri, öz ordusu ətrafında dəmir yumruq kimi birləşməsinin nəticəsi idi. Üçtərəfli bəyanata əsasən Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək siyasi yolla əvvəl Ağdam və Kəlbəcəri azad etdi, ardınca Laçın rayonu nəzarətə keçdi, lakin düşmən özxoşuna rayondan çıxmadı, o məçbur edildi. Bununla da 27 il işğal altında olan Laçın rayonu dekabrın 1-də erməni qəsibkarlarından azad edildi, ancaq Laçın şəhəri və iki kənd- Zabux və Sus kəndləri Azərbaycan tərəfinin nəzarəti altında deyildi.
14 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonuna səfər edib. Güləbird kəndində olub, işğaldan azad olunmuş ərazilərdə ilk su elektirik stansiyasının-Həkəri çayı üzərində yerləşən “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Cənab Prezident Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Yeni yol çəkilməklə Laçına , Zabuxa və Sus kəndlərinə qayıtdıq. Laçın şəhəri isə 26 avqust 2022-ci ildə düşməndən təmamilə azad edilmiş, Azərbaycanın nəzarətinə keçmişdir. Elə həmin gün Azərbaycan Odusunun bölmələri şəhərə daxil olub və üçrəngli bayrağımız ucaldıblar. 27 may 2023-cü ildə Laçın şəhərinə 20 laçınlı ailə (97 nəfər) geri qayıdıb. Beləliklə Laçın şəhərinə azərbaycanlı məcburi köçkünlərin ilk köçü başlayıb.
Prezident cənab İlham Əliyev çıxışlarının birində böyük qürur hissi ilə vətənimiz Azərbaycana, onun hər qarış torpağına olan sevgisini, bağlılığını dilə gətirərək deyirdi: ”Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər-hər şey çox böyük zövqlə yaradılır ki, həmin insalar burada rahat yaşasınlar, həm də Laçiın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Azərbaycanın gələcək iqdisadi inkişafında böyük rayonlardan biri kimi Laçın rayonun böyük rolu olacağını vurğulayan Cənab Prezident İlham Əliyev bütövlükdə işğaldan azad olmuş bölgələrimizi diqqət mərkəzində saxlayır, bu bölgəyə tez-tez səfərlər edir, iqtisadi islahatların , bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran layihələrin həyata keçməsinə nəzarət edir, təməlqoyma mərasimlərində şəxsən özü iştirak edir. 16.08.2021-ci ildə Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak etmiş, 25/26.08.2023-cü il tarixlərində Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərlə , eyni zamanda Kəlbəcər- Laçın avtomobil yolunun 38-ci kilometirliyindən 76-cı kilometirliyinədək olan hissəsində görülən işlərlə, Mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak etmişdir. 10.05.2024-cü ildə Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olmuş və sakinlərlə görüş keçirtmişdi. Eyni zamanda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kişik Su Elektrik stansiyasının açılışında iştirak etmışdi.
Laçın rayonunda genişmiqyaslı quruculuq işləri davam edir. Bütövlükdə Laçında 700-dən artıq bina inşa edilib, 510 şagird tutumu olan 2 nömrəli tam orta məktəb binası tikilib, Prezidentin sərəncamı ilə Laçın rayonunun 176 şagird tutumu olan Zabux kənd tam orta məktəbi binasının layihələşdirilməsi, əsaslı təmiri və bərpası da aparılır. Laçın rayonunun bərpası konsepsiyasında şəhərin turizm petensialı da nəzərdə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün şərait yaradılacaq.
Ötən ilin avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal işğaldan sonrakı dövrlərinin səlnaməsini yaratmaqla regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədi ilə regiona gələn yerli və xarici film istehsalçilarının bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqlarla təmin edəcək ki, Azərbaycanda kinomatoqrafiya sənətinin inkişafı ilə yanaşı, bölgənin beynəlxalq arenada tanınmasında xidmətləri böyük olacaqdır.
26 avqust “Laçın Şəhəri Günüdür”. Əziz Azərbaycan xalqı, əziz Laçın camaatı, sizi ürəkdən təbrik edirəm. Laçın və bütövlükdə Azərbaycan adlı məmləkət üçün canından keçən Şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm.
Yaşasın xalqımız, Müzəffər Ordumuz, əzəli və əbədi Azərbaycanın Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev!