Ulu Öndər ümumxalq inamını, etibarını xalqına sədaqətli və şərəfli xidməti ilə qazanmışdı

Ulu Öndər ümumxalq  inamını,  etibarını  xalqına  sədaqətli  və  şərəfli  xidməti  ilə  qazanmışdı

Jalə  Səfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

24 saylı şəhər poliklinikasının tibb  qeydiyyatçısı

Sovet  rejiminin  bütün  bütün  xüsusiyyətlərinə  dərindən  bələd  olan  və  zəngin  idarəçilik  görüşü  olan Heydər  Əliyev  hələ  o  dövrdə   Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  Birinci  Katibi seçilmişdir. Ali  idarəçilik  sükanı  arxasına  keçən Heydər  Əliyevin  idarəçiliyi,  Sovet  Azərbaycanının  tarixində böyük  dönüşlərin  yaranmasına  fürsət  yaratdı. O,  dahiyənə  uzaqgörənliyi  ilə,  ölkənin   hərtəfli  inkişafını təmin  edən  kompleks  inkişaf  proqramını  ölkəni  hər  cəhətdən,  siyasi  və  iqtisadi   inkişaf  strategiyasını ölçüb-biçərək  hazırlatmışdı.

Beləliklə,  Heydər  Əliyevin  öz  xilaskar  missiyasını  1991-ci  il  oktabrın  18-də  "Azərbaycan  respublikasının dövlət  müstəqilliyi  haqqında  Kostitutsiya  Aktı"  qəbul  olunarkən  artıq Azərbaycan  müstəqil  dövlət  kimi yaşamağa  tamamilə  hazır  olmasını  tarixin  inkişaf  səhifələrindən   görünürdü.

1991-1993-cü  illər  ölkəmizin  tarixində  çox  çətin  bir  dövr olmuşdur. Belə  çətin  bir  vəziyyətdən  çıxış  yolunu axtaran  Azərbaycan  xalqı  xilasını  yalnız  Heydər  Əliyevin  simasında  görürdü. Çünki  bu  böyük  şəxsiyyət ümumxalq  inamını,  etibarını  artıq  o  zamana  qədər  xalqına  sədaqətli  və  şərəfli  xidməti  ilə  qazanmışdı.

1993-cü  ildə  Heydər  Əliyev  Azərbaycan  xalqının  dəvətini  qəbul  edib  Bakıya  gəldi.  Xilaskarlıq missiyasını  üzərinə  götürən  Heydər  Əlyev  hakimiyyət  davasının   getdiyi  bir   vaxta  öz  həyatını  təhlükə altında qoyaraq qiyamın  qarşısını  aldı. Respublika  ərazisinə  səpələnmiş  silahlı  cinayətkar  dəstələr  zərərsizləşdirilmiş, separatçı  meyillərə  son  qoyularaq  təcavüzkar  Ermənistan  Respublikası  ilə  atəşkəs  elan  olunmuşdur.

Cənab  Prezident  İlham  Əliyev  ölkə  rəhbərliyinə  gəldiyi  gündən  Heydər  Əliyevin  siyasi-iqtisadi  inkişaf kursunun  yüksəkliş  və tərəqqi  yolu  olduğunu   və  bu  kursun  davam  edəcəyini  vurğulayıb.

Heydər  Əliyevin  xalqımızın  və  tariximizin  qarşısında  ən böyük  xidməti  ölkəni  parçalanıb  yox  olmaq təhlükəsindən  qurtarmaq  və  özündən   sonra  layiqli  varis  yetişdirməsidir.