“Öz körpə zehinlərimizdə müstəqilliyimizi vəsf edirik” adlı tədbir keçirilmişdir

“Öz körpə zehinlərimizdə müstəqilliyimizi vəsf edirik” adlı tədbir keçirilmişdir

17 oktyabr 2025-ci il tarixdə Suraxanı Rayonu, 323 saylı körpələr evi-uşaq bağçasında "18 oktyabr - Müstəqilliyin Bərpası günü"nə həsr olunmuş Öz körpə zehinlərimizlə Müstəqilliyimizi vəsf edirik” adlı tədbir keçirilmişdir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, 323, 330 və Göyərçin körpələr evi-uşaq bağçalarının müdirləri, kollektivləri iştirak etmişlər.

Tədbiri girş gözü ilə açan Suraxanı rayonu, 323 saylı körpələr evi-uşaq bağçasının müdiri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Məshəti Sadiqli qonaqları salamlayaraq bildirmişdir ki, bugünün körpələri sabahın qəhrəmanlarıdır. Onların düzgün tərbiyəsi sabahımızı mənəvi inşa etməkdir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova "18 oktyabr - Müstəqilliyin Bərpası günü" münasibəti ilə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini görüş iştirakçılarına çatdırdı. Nərgiz Çıraqova bildirdi ki, Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqilliyin qorunub saxlanılmasının nə qədər çətin olduğunu uzun illər torpaqlarının həsrətində olan xalqımız gözəl bilir. 1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycan xalqı onu əbədi qoruyub saxlamaq üçün bir çox əziyyətlərə sinə gəlib.  Yaranmış tarixi şərait nəticəsində qazanılmış müstəqillik həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün olmuşdur. Bu gün bizlər Müstəqil, Azad və Suveren bir dövlətin vətəndaşları olmağımızla fəxr edir və qürur duyuruq. Arzu edək ki, müstəqilliyimiz daimi və əbədi olacaqdır.

Daha sonra tədbir 323, 330 və Göyərçin körpələr evi-uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış çıxışlarla davam etdi.

Tədbirin sonunda xatirə şəkli çəkildi.