“İctimai lövhədə müzakirə: Müstəqillik Gününün bərpasının əhəmiyyəti” adlı dəyirmi masa təşkil olunmuşdur

17 oktyabr 2025-ci il tarixdə Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbdə "18 oktyabr - Müstəqilliyin Bərpası günü"nə həsr olunmuş İctimai lövhədə müzakirə: Müstəqillik Gününün bərpasının əhəmiyyəti” adlı dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Sevinc Hacızadə və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.
Tədbirdə Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri girş gözü ilə açan Suraxanı rayonu, Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Sevinc Hacızadə bildirmişdir ki, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə "18 oktyabr - Müstəqilliyin Bərpası günü" münasibəti ilə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini görüş iştirakçılarına çatdırdı. Fərəh Məcidzadə bildirdi ki, Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab olunmalıdır.
Şagirdlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masa iştirakçıları çıxış edərək bildirdilər ki gənclər olaraq bu siyasətin layiqli davamçıları kimi, müstəqilliyimizi qorumağa, onu daha da gücləndirməyə və gələcək nəsillərə ötürməyə hazırıq.