Zəfərimizdən sonra hər il 17 oktyabr tarixi Füzuli Şəhəri günü kimi qeyd olunur

Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Bu gün Azərbaycanda prioritet fəaliyyət sahələrindən biri işğaldan azad olmuş ərazilərin yenidən qurulması, bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurdakı viran qalmış şəhərləri, kənd və qəsəbələri yenidən qurub, köçkün düşmüş insanları yurd-yuvalarına qaytarmaq dövlətimizin əsas vəzifələrindən biridir. Füzuli rayonundan olan məcburi köçkünlər vaxtilə respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.
Azərbaycan dövləti 2020-ci ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinə başlayıb. Vətəndaşlarımızın tarixi torpaqlarımızda məskunlaşması isə sürətlə davam edir. Vətən müharibəsində Azərbaycanın hərbi yolla qazandığı qələbə nəticəsində Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuş və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı imzalamışdır. Dövlətimiz tərəfindən işğaldan azad olunan bütün ərazilərdə, o cümlədən Füzulidə sürətlə bərpa-quruculuq işləri həyata keçirilir.
Keçmiş işğal zonasına həyatın qaytarılması yalnız işğalın nəticələrini aradan qaldırmaqla icra olunan quruculuq və bərpa prosesindən ibarət deyil. Dövlət başçımızın da ifadə etdiyi kimi, “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq”.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İşğaldan azad olunan bütün ərazilər kimi, Füzulidə da hazırda bərpa-quruculuq, tikinti-abadlıq, yenidənqurma işləri sürətlə davam edir