“Məktəblər müstəqil dövlətçiliyimizin gələcəyini yetişdirir” adlı tədbir keçirilmişdir

17 oktyabr 2025-ci il tarixdə Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbdə "18 oktyabr - Müstəqilliyin Bərpası günü"nə həsr olunmuş “Məktəblər müstəqil dövlətçiliyimizin gələcəyini yetişdirir” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin direktoru Dadaş Əliyev və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.
Tədbirdə Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin müəllim-şagird kollektivinin iştirakı ilə vətənpərvər ruhda hazırlanmış kompazisiyalar təqdim olunmuşdur.
Tədbiri girş gözü ilə açan Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin direktoru Dadaş Əliyev bildirmişdir ki, tədris ocaqları müstəqil dövlətçiliyimizin davamlı və dayaqlı inkişafını təmin etmək üçün daim yeni nəsillərin yetişməsində müstəsna rol oynamalıdır. Məktəbin direktoru Dadaş Əliyev xüsusi vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin qurub-yaratdıqları dövlətimizin gələcəyi əmin əllərdədir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev "18 oktyabr - Müstəqilliyin Bərpası günü" münasibəti ilə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini görüş iştirakçılarına çatdırdı. Ənvər Haqverdiyev bildirdi ki, Bu gün biz Azərbaycan tarixinin ən şərəfli, ən qürurlu səhifələrindən birini, Dövlət Müstəqilliyimizin Bərpasının 34-cü ildönümünü qeyd edirik. 18 oktyabr 1991-ci il – xalqımızın illərlə arzuladığı azadlığa yenidən qovuşduğu günüdür. Ənvər Haqverdiyev Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin bərpasında və yaşadılmasında rolunu vurğulayaraq demişdir ki, ən layiqli davamçı Prezident cənab İlham Əliyev müstəqil dövlətimizi zirvələrə qaldırdı, xalqımıza şanlı zəfərlər qazandırdı.
YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü, Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin məzunu, Bakı Slavyan Universitetinin tələbəsi Əminə Suleymanzadə çıxış edərək dedi ki, Biz gənclər olaraq bu siyasətin layiqli davamçıları kimi, müstəqilliyimizi qorumağa, onu daha da gücləndirməyə və gələcək nəsillərə ötürməyə hazırıq. Qalib Azərbaycan gənci kimi biz həm dövlətimiz, həm ordumuz, həm də doğma Partiyamız – Yeni Azərbaycan Partiyası ilə fəxr edirik.