Laçın-Xankəndi yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri
Rza Eyvazlı
İctimai fəal gənc, tarixçi
Təxminən 2 il əvvəl 2020-ci ilin 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmış və II Qarabağ müharibəsi başa çatmışdır. Məğlub tərəf olan Ermənistan həmin zaman müqavilənin bütün bəndlərini yerinə yetirəcəyini bildirdi. Lakin artıq 2 ilə yaxın zaman keçib və biz nə görürük: erməni tərəfi nəinki müqavilənin maddələrini edir, hətta müqaviləyə zidd hərəkətlərə başlayır.
Tarixdə bəzi deyimlər var. Bunlardan ən başlıcası “Tarix təkrarlanır” ifadəsidir. Hər zaman qarşımıza mənbələrdə bir məsələ çıxır: erməni tərəfi heç bir zaman imza atdığı müqaviləyə sonuna qədər əməl etməyib. Bəlkə də bu onların milli kimliyinə öz imzalarına hörmət etməmələri ilə bağlıdır.
Son zamanlar Qarabağın Laçın-Xankəndi yolu istiqamətində Azərbaycan vətəndaşları tərəfindən dinc aksiyalar baş verir. Ilk öncə mövcud hadisəyə nələrin səbəb olduğuna diqqət edək. Məsələ ondadır ki, dekabr ayında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, bundan əlavə Azərgold QSC-nin bir sıra üzvləri Qarabağ bölgəsinin ekoloji yoxlanmasına başlamaq qərarına gəlmişdilər. Bunun isə əsas səbəbi bölgənin təbii sərvətlərinin qeyri-qanuni mənimsənilməsinin və bundan əlavə bölgənin təbiətinə vurulacaq ağır zərərlərin qarşısını almaq idi.
Bilindiyi kimi Qarabağ bölgəsində axan Oxçuçay uzun illər çiklənməsi nəticəsində çay xəstəlik və təbii fəlakət mənbəyinə çevrilmişdir. Bundan başqa çaylara da olmayacağına heç kim söz verə bilməzdi. Ona görə təcili bunun qarşısını almaq lazım gəlir. Bundan əlavə təbii sərvətlərin qeyri-qanuni satışı həyata keçirilir və burdan gələn gəlir qeyri-qanuni yollar ilə bölgədəki silahlı birləşmələrə verilir.
Məhz bu məsələ artıq Azərbaycan hökumətinin qanuni olaraq öz ərazilərində yoxlamağa başlamasına səbəb oldu. Bu zaman isə biz şahid olduğumuz nədir: Bölgədə rus sülhməramlıları nə öz vəzifələrini icra edir, nədə bölgə hələ də silahlı qruplaşmalardan təmizlənib. Bundan əlavə məsələnin maraqlı tərəfi ondadır ki, baş tutmayan monitorinqə mane olan zaman rus sülhməramlıları heç bir tədbir görmədi. Bu isə Azərbaycan xalqı arasında mənfi qarşılandı. Buna cavab olaraq Azərbaycanın ictimia fəalları öz milli sərvətlərinin qorunması məqsədilə aksiyaya başlamışdır.
Məqsəd ilk öncə ekoloji terrorun qarşısını almaq, bölgənin təbiətini qorumaq, bölgənin Azərbaycan dövlətinə məxsusluğunu xatırlatmaqdır. Ancaq hər zamankı kimi erməni tərəfi aksiya haqqında yalan məlumat yaymaq, guya Azərbaycan tərəfi yolu bağlaması haqqında dezinformasiya yaymaqdadır. Əlimizdə olan media görüntülərinə baxsaq yolun heç də Azərbaycan tərəfdən bağlanmadığını görərik. Bəs aksiya niyə qarşı tərəfi təlaşa salır. Səbəb aydındır: Qarşı tərəf qorxur ki, strateji önəmə sahib Laçın-Xankəndi yoluna nəzarət Azərbaycan tərəfindən keçər. Bax, budur onları qorxuya salan.