Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, Rzayev Ramil Elçin oğlunun və Xocavənd ərazisində Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yük avtomobilinin minaya düşməsi nəticəsində həlak olan Sadıxov Sabir Sabiroviçin 40 mərasimi keçirilib.
Noyabrın 1-də Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, eləcə də 87 və 141 saylı tam orta məktəblərin şagird və müəllim kollektivləri iştirak ediblər.
İlk öncə şəhidlərin Əmircan qəsəbəsi, Şəhidlər Xiyabanında məzarları ziyarət edilərək xatirələri ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub. Daha sonra açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirələri yad edilib.