“TEKNOFEST Azərbaycan 2022” birliyimizin ifadəsi, nümayişi və təzahürüdür
Ruslan Fərzəliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixin bütün sınaqlarından şərəflə çıxaraq, təkcə ölkələrarası deyil, həm də fərd olaraq vətəndaşlıq münasibətləri əsasında möhkəm təməllər üzərində qurulub. Bu sarsılmaz iradə fonunda indiyədək dünya çapında belə qardaşlıq nümunəsi nəzərə çarpmayıb.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı iki qardaş ölkə arasında strateji tərəfdaşlığın real məzmun daşımasının bir örnəyidir. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi bu festivalla demək olar ki, praktik formada özünü göstərməyə başladı. Bu yeni bir başlanğıcdır. İnanırıq ki, iki ölkə arasındakı münasibətlər bundan sonra daha üstün səviyyəyə qalxacaq. Festivaldakı çıxışı zamanı Prezident İlham Əliyev qardaş ölkələrin münasibətlərini və gələcək perspektivlərini daha ətraflı ifadə edib: “Cənab Prezident Azərbaycan-Türkiyə qardaşlığının tarixinə nəzər salaraq bildirdi ki, “Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrilirik”.7
Ulu öndərlərimiz Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir, Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri ilə yola çıxan ölkələrimiz, müasir dövrdə Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyində böyük və uğurlu bir mərhələni geridə qoymuşlar: “Məhz İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın həm öz ölkələrinin inkişafı naminə, həm də iki qardaş ölkələri yaxınlaşdırmaq, vahid güc mərkəzinə çevirmək niyyətilə apardıqları siyasət bu gün real nəticələrini verməkdədir. Bunu 44 günlük Vətən müharibəsinin gedişində də bütün dünya gördü.
Azərbaycan-Türkiyə dostluğunun təsdiqi kimi çoxsaylı misallar göstərmək olar. Lakin Prezident İlham Əliyevin təkcə 2014-cü il aprelin 26-da Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunan sammitdə qətiyyətlə vurğuladığı sözləri bir daha xatırlatmaqla bu barədə aydın təsəvvür yaratmaq mümkündür: "Belə ki, dövlət başçımızın Ermənistan prezidentinə cavab olaraq bildirdiyi “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” fikirləri Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədiliyinə, heç bir qüvvənin bu dostluğa xələl gətirə bilməyəcəyinə parlaq nümunədir. Bəli, cənab İlham Əliyevin xatırlatdığımız həmin sözləri adıçəkilən mötəbər tədbirdə Türkiyənin təmsil olunmamasından sui-istifadə edən Ermənistanın o vaxtkı prezidentinin qardaş ölkəni, Türkiyəni əsas tənqid hədəfi kimi seçməsinə istiqamətlənən sərt, eyni zamanda, həqiqətə söykənən cavab olmaqla bərabər, həm də türk dünyasına, türk soyuna düşmən gözü ilə baxan xainlərə sərt zərbə, xəbərdarlıq mesajı idi".
Azərbaycan 28 ildən sonra öz torpaqlarını qardaş Türkiyənin siyasi, mənəvi dəstəyi ilə işğaldan azad etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasalar, bölgəmizdə sülh və əmin-amanlıq bir o qədər də möhkəm olacaq”. İki qardaş ölkə arasında bütün sahələrdə münasibətlər bundan sonra daha da inkişaf etdiriləcək: “Bu gün münasibətlərimizin bu səviyyədə olması xalqlarımızın və dövlətlərimizin mənafeyinə uyğundur. Çünki, bu birlik hansısa ötəri strateji maraqlara deyil, tarixə, soykökümüzə, dil, din, mədəniyyət birliyimizə əsaslanır. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərdi. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, səylərinə güvənirik. “TEKNOFEST” məhz bunun bir nümayişi oldu.
Aerokosmik və texnologiya festivalında Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir deyən ölkəmizin rəhbəri bu birliyi bölgə üçün, dünya üçün təhlükəsizlik, sabitlik amili hesab edib: "Bununla yanaşı, dövlətimizin başçısı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ölkəmizin haqq savaşının ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” fikrinin xalqımıza əlavə güc və ruh verdiyini bildirib. Azərbaycanın isə bu qardaş dəstəyini heç vaxt unutmayacağını diqqətə çatdırıb. “TEKNOFEST”-i birliyimizin nümayişi, təzahürü adlandıran Prezident İlham Əliyev bunu elm, inkişaf, bilik, texnologiya bayramı adlandıraraq, festivalın Türkiyə və Azərbaycan gənclərinin bir-birlərini daha yaxın tanıdıqlarına şərait yaratdığının əhəmiyyətini vurğulayıb. Qardaş Türkiyənin dünya çapında nüfuzunun artığını diqqətə çatiran ölkəmizin başçısı isə bütün bunların Azərbaycanı da gücləndirdiyini və beynəlxalq miqyasda vahid güc mərkəzinə çevrilməyimizi məmnunluqla ifadə edib. Bakıda keçirilən festivalın əhəmiyyətindən danışan Prezident Rəcəb Tayyib Ərdoğan türk dünyasının ən müasir texnologiyalar istehsal edəcək gənc nəsillərlə mühüm nailiyyətlərin əldə olunmasına əminliyini vurğulayaraq, “TEKNOFEST”çilərin indiyədək Türkiyədə son dərəcə gözəl layihələrə imza atdıqlarını bildirib. Qardaş ölkə lideri Azərbaycanda da eyni uğuru əldə edəcəyinə şübhə etmədiyini diqqətə çatdırıb və ortaq hədəflərin həyata keçirilməsi üçün Azərbaycan ilə sıx əməkdaşlığın bundan sonra da həyata keçiriləcəyini söyləyib".
Bu dostluq, əməkdaşlıq əlaqəsi hər zaman qarşılıqlı olub: "Azərbaycanın lideri İlham Əliyev kimi, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da beynəlxalq tribunalardan ölkəmizin milli maraqlarının müdafiəsi istiqamətində müdafiə xarakterli kifayət qədər ciddi fikirlər səsləndirib və bu proses qardaşlığın simvoluna çevrilib. Hər iki ölkə rəhbəri tərəfindən bu münasibət, hazırda da dürüst haqq-ədalətə söykənən siyasətlə nümayiş olunur. Bu gün iki qardaş ölkə arasında münasibərlər fövqəl səviyyədə diqqət çəkir. Bu baxımdan Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirakı liderlərin türk dünyasına verdiyi xidmətin növbəti davamının parlaq ifadəsidir.