Konstitusiyanın 30 il ərzində özünü doğrultması Ulu Öndərin dövlətçilik irsinin gücünü nümayiş etdirir

Konstitusiyanın 30 il ərzində özünü doğrultması Ulu Öndərin dövlətçilik irsinin gücünü nümayiş etdirir

Bəyimxanım Məlikova

YAP Suraxanı rayon təşkilatının fəal gənci 

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsi

Bu gün gənc hüquqşunas kimi ilk ictimai-siyasi xarakterli yazımı yazmaq mənim üçün xüsusi bir hadisədir. Bunu, gələcəkdə cəmiyyətə daha faydalı bir insan olmaq üçün atılan kiçik, amma dəyərli bir addım hesab edirəm.

Azərbaycan Respublikasının Konstitusiyasının 30 illik dövrü dövlətimiz üçün bir çox mühüm tarixi məqamları özündə ehtiva edir. Konstitusiya yalnız qanunların toplusu deyil. O, müstəqilliyimizin hüquqi bünövrəsi, milli iradəmizin ifadəsi və dövlətçilik yolumuzun istiqamətverici sənədidir.

Bu ali qanun sənədinin formalaşmasında, sözün həqiqi mənasında yaranmasında Ulu Öndər Heydər Əliyevin rolu xüsusi qeyd olunmalıdır. Ümummilli Lider Konstitusiyanın hazırlanması prosesində həm hüquqi çevikliyi, həm də siyasi uzaqgörənliyi ilə yeni dövrün əsaslarını yaratdı. O, ölkənin sabitliyini, vətəndaşların hüquqlarının qorunmasını və dövlət idarəçiliyinin müasir prinsiplər əsasında qurulmasını prioritet etdi. Məhz onun rəhbərliyi altında qəbul olunan Konstitusiya bu gün də Azərbaycanın inkişafına, qanunun aliliyinə və cəmiyyətin tərəqqisinə xidmət edir.

Bu sənədin 30 il ərzində özünü doğrultması, Heydər Əliyevin dövlətçilik irsinin gücünü bir daha nümayiş etdirir. Qanunçuluğun ictimai mühafizəsində doğma partiyamız Yeni Azərbaycan Partiyası rolu ayrıca diqqətəlayiqdir. Sabitliyin və rifahın təminatçısı YAP ölkəmizin siyasi həyatında uzun illərdir dövlətçilik xəttini qoruyan, inkişaf və sabitlik ideyalarını dəstəkləyən bir siyasi qüvvədir. YAP yalnız siyasi fəaliyyətlə kifayətlənmir, eyni zamanda gənclərin maarifləndirilməsi, onların ictimai həyatda fəal iştirak etməsi üçün müxtəlif imkanlar yaradır.

Konstitusiyamızda gənclərlə bağlı müddəaların mövcudluğu isə bizə həm hüquqlar, həm də öhdəliklər verir. Bizə təqdim olunan imkanlardan düzgün istifadə etmək, təhsil almaq, öz mövqeyimizi formalaşdırmaq və ölkəmizin inkişafında rol almaq bizim məsuliyyətimizdir.

YAP gənclərin qanunun aliliyinin qorunması istiqamədində və maarifləndirilməsində onlara böyük imkanlar yaradır, onların fikir və baxışlarının ifadəsinə meydan açır.

Gənc hüquqşünas kimi, söz verirəm ki, təhsilimi başa vurduqdan sonra qanunçuluğun qorunması istiqamətində dövlətimə ləyaqətlə xidmət edəcəyəm.