Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir
Ərazilərimizin 20 faizi 30 ilə yaxın işğal altında qalması,dünya birliyinin buna göz yumması nəticəsində ərazilərimizdə xalqımızın mədəni irsi və maddi mülkiyyəti olan bütün sərvətləri talanmış və məhv edilmişdir. Bunlarla kifayətlənməyən düşmən əhalinin evlərini söküb tikinti materialı olaraq qonşu dövlətlərin sərhəd kəndlərində yaşayan insanlara çox ucuz qiymətə sataraq dövlətimizə külli miqdarda zərər vurmuşdur. Bütün bu cinayətlər məqsədli şəkildə xalqımızın qədim tarixi izlərini silmək prinsipi ilə həyata keçirilidi. Cənab Prezident İlham Əliyev bu barədə bütün konfrans və iclaslarda çıxışlarında dəfələrlə məlumat vermişdir.
Ermənilər bu ərazilərdə narkotik becərilməsi, terrorist qruplaşmalarının qeyri qanuni fəaliyyət məkanına çevirmişdilər. Ərazilərin talan edilməsindən əlavə bir ərazidə olsun abadlıq işləri aparmayaraq bir daha bu ərazilərin onlara aid olmadığını sübut etmişdilər. Lakin 44 günlük Vətən Müharibəsi bu torpaqlarımıza əvvəlki fəal həyat formasını daha yeni mexanizmlərlə gətirdi. Həlak olan igid oğullarımızn qanı bahasına azad olunan vətən torpağında yenidənqurma işləri Cənab Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında uğurla aparılır. Təbii ki, bütün bunlar heç də asan əldə olunmur.
Ərazilərimizin yenidən bərpa olunması hətta əvvəlkindən də daha yaxşı həyat şəraitinin qurulması üçün Cənab Prezident bir çox layihələrin həyata keçirilməsinə görə fərman və sərəncamlar verib. Belə ki, xaricdən gələn qonaqlar dəhşətli dağıntıların şahidi olub bildirdilər ki, Ağdam Qafqazın Xirosimasıdır. Lakin hal hazırda bütünlüklə bütün rayonlarda infrastruktur yenidən qurulur. Buna nümunə olaraq Zəngilanın Ağalı kəndində Ağıllı kənd layihəsi icra olunur. Bu ərazilərimizdə “smart city” və “smart village” layihələri uğurla icra edilir.Prezident İlham Əliyevin bütün konfrans və çıxışlarında vurğuladığı kimi məqsədimiz ən qısa zamanda yerli əhalini öz tarxi qədim ata-baba yurdlarına meskunlaşdırmaq onların həyat şəraitinin və rifahının yüksəldilməsidir.
İşğaldan azad olunan ərazilərimizdə olan tebii enerji resurslarının qiymətləndirilməsinin aparılması ilə yanaşı ekoloji terrora məruz qalmış ərazilərimizdə də ekoloji terrorun nəticələrinin aradan qaldırılması üçün işlər görülməkdədir.Bunlar heç də asand başa gələn proseslər deyil.Bütün bu proseslərin sürətlə və uğurla davam etmeəsi əhalinin tez bir zamanda öz yurdlarında təhlükəsiz şəraitdə yaşaması üçün Cənab Prezident İlham Əliyev bir çox dövlətlərlə iqtisadi əlaqələri daha da genişləndirir.Əlbəttə ərazilərin minalardan tez bir zamanda təmizlənməsi üçün qardaş ölkə olan Türkiyədən də həm texniki həm mütəxəsis dəstəyi göstərilir. Lakin erməni vandalizmi nəticəsində kütləvi mina basdırılması və tam dolğun məlumatlar əksini tapmış xəritələrin verilməməsi işlərin sürətinə öz təsirini göstərir. Prezident İlham Əliyevin bildirdiyi kimi biz bunun da öhdəsindən uğurla gələcəyik,işğaldan azad edilmiş ərazilərimizdə həyatı dirçəldəcəyik bunun nəticəsində regionun iqtisadi inkişafına töhfə vermiş olacağıq.