27 Sentyabr-Anım Gününə həsr olunmuş “Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib

27 Sentyabr-Anım Gününə həsr olunmuş “Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib
Suraxanı Rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, rayon idarə və müəssisələrin əməkdaşları və məktəblilər iştirak ediblər. Tədbirdə şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib və mövzu ilə bağlı video-çarx nümayiş olunub.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Şəhid ailələrini müdafiə cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədr müavini Bəxtiyar Kazımov, şəhid Səbuhi Əsədovun anası Cahan Əsədova çıxış edərək qeyd ediblər ki, 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyini, dövlət-xalq birliyini və Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələrlə başa çatıb. Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının tarixində yeni və şərəfli səhifə açıb. Şəhidlərimizin xatirəsinin yaşadılması, onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında şeir nümunələri səsləndirilib.

Paylaş