İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı öz liderini dəstəkləyir
Almaz İsmayılova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 208 nömrəli tam orta məktəbin müəllimi
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyev növbəti dəfə and içmişdir. Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi.
Hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev xalqa müraciət edərək demişdi ki, “Əgər xalq mənə etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm.’’
İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı öz liderini dəstəkləyir. 2003-cü ildə verdiyi bütün vədlər yerinə yetirildi. Verdiyi vədlər içərisində təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi.
2018-ci ildə andiçmə mərasiminə cənab İlham Əliyev demişdir: “Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradımasına imkan verməyəcək.”
İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. 44 günlük müharibə zamanı Azərbaycan ordusu Ermənistanın uzun illər yaratdığı mifləri darmadağın etdi. Ermənistan kapitulyasiya aktına imza atdı. İkinci Qarabağ müharibəsi başa çatdı.
Son illərin tarixi göstərdi ki qarşıya qoyulan bütün vəzifələr yerinə yetrildi. Növbəti illərdə qarşıda duran əsas vəzifələdən biri Ordumuzun Silahlı Qüvvələrimizin daha da güclənməsidir.,, Demişdim ki bu gün azərbaycan ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.”
Vacib məsələlərdən biri texnoloji inkişafımızdır. İkinci Qarabağ müharibəsində texniki vasitələr hesabına minimum itkilər vermişik., Texnoloji inkişaf, süni intellektin tətbiq edilməsi, rəqəmsallaşma bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları cəmiyyətin digər seqmentləri buna hazır olmalıdır.”
Digər vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Prezidentin dediyi kimi 2030-cu ilin sonuna kimi Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılacaq, əsasən günəş, külək və hidro-su elektrik stansiyaları.
“Beynəlxalq təşkilatlarla bağlı ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim ümün əsas təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır‘’ deyən Prezident öz xalqı ilə həmişə olduğu kimi həqiqətləri bölüşdü.
Azərbaycan öz məsələsini artıq həll etmişdir. Biz bu gün azad olunan torpaqlardayıq. Bu yeni dövr uğurla başlayır, əminəm ki, uğurla da davam edəcək.