İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir

İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir

Səadət Rəşidova 

YAP Suraxanı təşkilatının üzvü

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin müəllimi

Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir.Biz Ağdam şəhərini bərpa edəcəyik,bütün kəndləri bərpa edəcəyik.Heç kimdə bu haqda şübhə olmasın.” Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev. 2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu gündür.Bu tarix xalqımız üçün qürur günüdür.Prezident İlham Əliyev iyulun 31-i 2023-cü ildə imzaladığı sərəncama əsasən hər il noyabrın 20-i Ağdam Şəhəri Günü kimi qeyd edilir.Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Ağdam rayonun böyük bir hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.İşğal nəticəsində Ağdam şəhərinin 78 faizi - 122kənd, 24mindən çox yaşayış binası,48 sənaye və tikinti müəssisəsi,160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 3 məscid, 2 müzey yandırılıb. İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş,təhqir və qarət etmişdir.Ermənilər binaları daşlarına qədər söküb,şəhər və kəndləri xaraba qoymuşdur.

Erməni vəhşiləri tərəfindən xarabalığa çevrilmiş,daha doğrusu,atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladan Ağdam hazırda özünün xoşbəxt günlərini yaşayır.Ona belə günləri bəxş edən isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında bu şəhərdə aparılan yenidənqurma və abadlıq quruculuq işləridir.Rayonda daş daş üstünə qoyulduqca sanki bu qədim diyar ağrılarını
unudur.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atmadan düşmən tapdağından azad olunub.Həmin il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Son dörd il ərzində Prezident İlham Əliyev dəfələrlə Ağdam şəhərində olmuş,orada keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur.

Ağdam şəhəri elə bir layihə ilə qurulur ki, onun bənzəri dünyada olmayacaq.Təbii ki. Bütün bunlar ağdamlıların böyük sevincinə və gələcək arzularına qol-qanad verir.